HMS Queen Elizabeth (R08) — Krallıq donanmasının aviadaşıyıcı gəmisi. O, Kraliça Elizabet sinfinə aid aparıcı gəmidir. 2017-ci ilin dekabr ayında istismara verilib, əməliyyat qabiliyyətinin 2020-ci ildə artırılması gözlənilir.
Əksər böyük aviadaşıyıcı gəmilərdən fərqli olaraq, bu tip gəmi katapult və ya dayandırıcı kabellərlə təchiz olunmayıb və qısa uçuş və şaquli eniş (STOL) təyyarələrini idarə etmək üçün nəzərdə tutulub. Gəminin hava qanadı F-35B qırıcı-bombardmançı təyyarələrindən və havada erkən xəbərdarlıq və sualtı qayıq əleyhinə müharibə (AEW və ASW) üçün Merlin helikopterlərindən ibarətdir. Gəminin layihəsi elastikliyi ilə seçilir. Onda 250-yə qədər Kral Dəniz Piyadası üçün yer təmin edilib. Onları daha böyük hücum və nəqliyyat helikopterləri ilə dəstəkləmək imkanı yaratmaq şəraiti mövcuddur.
Bu, Kraliça Elizabetin adını daşıyan ikinci Kral Dəniz Qüvvələri gəmisidir və Portsmutda yerləşir. "HMS Ark Royal" və "HMS Illustrious"un keçmiş kapitanı admiral Cerri Kidd gəminin ilk kapitanı olub.
Gəmi dəniz sınaqlarına 26 iyun 2017-ci ildə başlayıb. 7 dekabr 2017-ci ildə Kraliça II Yelizaveta gəminin Krallıq donanmasına təhvil verilməsi mərasimini keçirib.
3 fevral 2024-cü ildə gəminin Soyuq müharibə bitəndən sonra ən böyük NATO təlimi olan "Steadfast Defender 2024" təliminə rəhbərlik edə bilməyəcəyi açıqlanıb. Son yoxlamalar zamanı sağ tərəfin muftasında problem aşkar edilib.
9 mart 2024-cü ildə təyyarə gəmisi Şotlandiyanın Qlenmallan limanında sursat boşaldarkən göyərtədə yanğın baş verib. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hərbi gəmilər