Bruno Benedetto Rossi (; ) — italyan əsilli amerikalı eksperimental fizik. O, elementar hissəciklər fizikasına və kosmik şüaların öyrənilməsinə mühüm töhfələr vermişdir. 1927-ci ildə Bolonya Universitetindən məzun olduqdan sonra kosmik şüalarla maraqlanmağa başlamışdır. Onları tədqiq etmək üçün təkmilləşdirilmiş elektron üst-üstə düşmə sxemini ixtira etmiş və Eritreyaya səyahət edərək kosmik şüaların intensivliyinin qərbdən şərqə nisbətən əhəmiyyətli dərəcədə daha çox olduğunu göstərən təcrübələr aparmışdır.
1938-ci ilin oktyabrında İtaliyadakı irqi qanunlar səbəbindən mühacirət etməyə məcbur olan Rossi Danimarkaya köçmüş və burada Nils Bor ilə birlikdə çalışmışdır. Daha sonra Britaniyaya yollanaraq Mançester Universitetində Patrik Blekett ilə əməkdaşlıq etmişdir. Nəhayət, o, ABŞ-yə köçmüş, burada Çikaqo Universitetində Enriko Fermi ilə, daha sonra isə Kornell Universitetində fəaliyyət göstərmişdir. Rossi ABŞ-də qalaraq Amerika vətəndaşlığını qəbul etmişdir.
İkinci Dünya müharibəsi zamanı Rossi MIT Radiasiya Laboratoriyasında radar üzərində çalışmış və Manhetten layihəsində həlledici rol oynamışdır. O, Los-Alamos Laboratoriyasında RaLa təcrübələrini həyata keçirən qrupa rəhbərlik etmişdir. Müharibədən sonra Cerold Zakarias tərəfindən MIT-yə dəvət olunmuş və burada müharibədən əvvəlki kosmik şüalarla bağlı tədqiqatlarını davam etdirmişdir.
1960-cı illərdə o, rentgen astronomiyası və kosmik plazma fizikasının əsasını qoymuşdur. Onun "Explorer 10" süni peykindəki cihazları Maqnetopauzanı aşkar etmişdir. O, həmçinin günəş sistemindən kənar ilk rentgen şüası mənbəyi olan Əqrəb X-1-in kəşf edildiyi raket təcrübələrinin təşəbbüskarı olmuşdur.
İstinadlar
Xarici keçidlər Oral history interview transcript with Bruno Rossi on 21 July 1976, American Institute of Physics, Niels Bohr Library & Archives Cosmic Ray Observations in Eritrea: Research Notes of Bruno Rossi, 1933
Kateqoriya:13 apreldə doğulanlar Kateqoriya:1905-ci ildə doğulanlar Kateqoriya:Venesiyada doğulanlar Kateqoriya:21 noyabrda vəfat edənlər Kateqoriya:1993-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:İtaliya fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Bolonya Universitetinin məzunları Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Nüvə fizikləri Kateqoriya:Astrofiziklər