Rus çarı II Nikolay və Aleksandra Fyodorovnanın toyu, 26 noyabr 1894-cü ildə Qış sarayındakı Böyük saray kilsədə baş tutdu. Cütlüyün bu nikahdan 5 övladı — Olqa, Tatyana, Mariya, Anastasiya və Aleksey dünyaya gəldi. Ancaq ailə Oktyabr inqilabından sonra əsir alındı. Çar II Nikolay, xanımı və 5 övladıyla birlikdə 17 iyul 1918-ci ildə Yekaterinburqda tutulduqları evin zirzəmisində güllələndilər.
Cütlüyün tanışlığı və nişanı left|thumb|361x361px|Cütlüyün nişan mərasimindən bir foto (19 aprel 1894) Çar Rusiyasının vəliəhdi çareviç Nikolay Koburqda 19 aprel 1894-cü ildə baş tutacaq bir toy mərasiminə qatılmaq üzrə yola çıxdı. Bəy namizədi Böyük Hesse hersoqu Ernst Lüdovik, çareviçin uzaq qohumu idi. Belə ki, onların ataları bir-birilə dayıoğlu-bibioğlu idilər. Gəlin namizədi Viktoriya Melita isə onun bibisi qızı idi. Bu toy mərasimində çareviç Nikolay bəyin bacısı və Kraliça Viktoriyanın ən sevimlisi nəvələrindən biri Hessen şahzadəsi Aliksə evlilik təklifi etmək niyyətində idi. Dövrün rus çarı III Aleksandr və çariça Mariya Fyodorovna ilk başda bu evliliyə qarşı idi. Ancaq çareviç Nikolay bu qızcığazı hələ 10 il öncə — əmisi Sergey Romanovla Hesseli Yelizavetanın toy mərasimində görüb bəyənmişdi və bu qərarından geri dönmədi. Üstəlik, çar III Aleksandrın səhhəti pisləşmişdi və çareviç ən qısa zamanda evlənməli idi.
Ancaq dindar bir lüteran olan Hessenli Aliks, çareviçlə evləndiyi təqdirdə pravoslav məzhəbinə keçməli olduğunu bilirdi və bu səbəblə, evlilik təklifini geri çevirdi. Ancaq toy mərasiminə dəvətli olan nənəsi Kraliça Viktoriya və xalası oğlu olan Alman kayzeri II Vilhelmin səyləri nəticəsində, Hessenli Aliks bu evliliyə razı oldu. Beləliklə, 19 aprel 1894-cü ildə baş tutan toy mərasimində çareviç Nikolayla Hessenli Aliksin nişanlandığı da elan olundu.
Ancaq həmin il — 1 noyabr 1894-cü ildə çar III Aleksandr hələ 49 yaşındaykən Livadiya sarayında anidən vəfat etdi. Hessenli Aliks ölüm döşəyindəki çarın xeyir-duasını almaq üçün bir neçə gün öncə yola düşsə də, onun ölümündən bir neçə saat sonra Livadiya sarayına gəlib çatdı. Ertəsi gün keçirilən xüsusi ayinlə, Rus Pravoslav kilsəsinə qəbul edildi və Böyük knyaginya Aleksandra Fyodorovna adını aldı. Təxminən 2 həftə davam edən dini mərasimin ardından Krımdan Sankt-Peterburqa gətirilən mərhum çarın cənazəsi 18 noyabrda Pyotr və Pavel kafedralına dəfn olundu.
Cütlüyün toy mərasimi Cütlüyün bir neçə həftə davam etməsi planlanan toy mərasimi 1895-ci ilin yaz aylarında baş tutacaqdı. Ancaq çar III Aleksandrın ani ölümü bu cür təntənəli bir mərasim planlamasını təxirə saldı. II Nikolay atasının cənazə mərasimindən öncə Livadiya sarayında sadə bir mərasimlə evlənmək niyyətində idi. Ancaq əmiləri Böyük knyaz Vladimir, Aleksey, Sergey və Pavel Romanovlar, Sankt-Peterburqda daha təntənəli şəkildə evlənməsini istəyirdilər. II Nikolay isə rəsmi yas dövrünün tamamlanmasını gözləmək niyyətində deyildi və bu səbəblə, toy mərasiminin anasının ad günü olan 26 noyabrda olmasına qərar verdi. thumb|447x447px|Cütlüyün toy mərasimini təsvir edən yağlı boya rəsm. Rəssam Lauritz Tuksen (1895) Toy günü səhər saat 11:30 radələrində II Nikolay 16 yaşlı kiçik qardaşı Böyük knyaz Mixaillə birlikdə Aniçkov sarayından Qış sarayına doğru yola çıxdı. Qısa zaman sonra dul çariça Mariya Fyodorovna, Sergey Romanov və Hessenli Yelizavetanın Sankt-Peterburqdakı iqamətgahı olan Sergiyev sarayından gəlinini aldı və qapalı bir faytonla Qış sarayına gətirdi. Qış sarayında gəlinliyini və imperial geyimini geyinən Aleksandra, vaxtilə babası Şahzadə Albert tərəfindən dizayn olunan və anası Şahzadə Alislə bacılarının da istifadə etdiyi ağ duvağı geyindi. Böyük Yekaterinaya məxsus ənənəvi Romanov tacını, 475 karatlıq bir boyunbağı və ona uyğun sırğalarla bəzəndi.
Toy mərasimindəki qonaqlar
Bəyin ailəsi Dul çariça Mariya Fyodorovna, bəyin anası Böyük knyaginya Kseniya Aleksandrovna və əri Böyük knyaz Aleksandr Mixailoviç, bəyin bacısı və onun əri Böyük knyaz Mixail Romanov, bəyin qardaşı Böyük knyaginya Olqa Aleksandrovna, bəyin bacısı Böyük knyaz Vladimir Romanov və xanımı Böyük knyaginya Meklenburqlu Mariya, bəyin əmisi və onun xanımı Böyük knyaz Kiril Vladimiroviç, bəyin əmisi oğlu Böyük knyaz Boris Vladimiroviç, bəyin əmisi oğlu Böyük knyaz Andrey Vladimiroviç, bəyin əmisi oğlu Böyük knyaginya Yelena Vladimirovna, bəyin əmisi qızı
Böyük knyaz Aleksey Romanov, bəyin əmisi Böyük knyaz Pavel Romanov, bəyin əmisi Böyük knyaginya Aleksandra İosifovna, bəyin atasının əmisi arvadı Böyük knyaz Konstantin Konstantinoviç və xanımı Böyük knyaginya Yelizaveta Mavrikiyevna, bəyin atasının əmisi oğlu və onun xanımı Böyük knyaz Dmitriy Konstantinoviç, bəyin atasının əmisi oğlu 20x20px Böyük knyaginya Vera Konstantinovna, bəyin atasının əmisi qızı (Vürtemberq kralının təmsilçisi kimi) Böyük knyaz Mixail Nikolayeviç, bəyin atasının əmisi Böyük knyaz Nikolay Mixailoviç, bəyin atasının əmisi oğlu Böyük knyaz Georq Mixailoviç, bəyin atasının əmisi oğlu Böyük knyaz Sergey Mixailoviç, bəyin atasının əmisi oğlu Danimarka kralı IX Kristian, bəyin ana babası Yunanıstan kralı I Georq və xanımı Kraliça Olqa Konstantinovna, bəyin dayısı və onun xanımı Şahzadə Georq, bəyin dayısı oğlu Şahzadə Valdemar, bəyin dayısı
Gəlinin ailəsi 20x20px Böyük Hesse hersoqu Ernst Lüdovik, gəlinin qardaşı 20x20px Prussiya şahzadəsi İrina və əri Şahzadə Henri, gəlinin bacısı və onun əri (Alman imperatorunun təmsilçisi kimi) Böyük knyaginya Yelizaveta Fyodorovna və əri Böyük knyaz Sergey Aleksandroviç, gəlinin bacısı və onun əri Uels şahzadəsi Albert Eduard və xanımı Aleksandra, gəlinin dayısı və onun xanımı (Britaniya kraliçasının təmsilçisi kimi) York hersoqu Corc, gəlinin dayısı oğlu 20x20px Saksen-Koburq-Qota hersoqu Şahzadə Alfred və xanımı Mariya Aleksandrovna, gəlinin dayısı və onun xanımı Rumıniya şahzadəsi Ferdinand, gəlinin dayısı qızının əri (Rumıniya kralının təmsilçisi kimi)
Əcnəbi monarxial qonaqlar 20x20px Meklenburqlu Con Albert, bəyin babasının bibisi nəticəsi (Böyük Meklenburq-Şverin hersoqunun təmsilçisi kimi) 20x20px Baden şahzadəsi Mariya Maksimilyanovna və əri Şahzadə Vilyam, bəyin atasının bibisi qızı və onun əri (Böyük Baden hersoqunun təmsilçisi kimi) 20x20px Leyxtenberq hersoqu Yevgen Maksimilyanoviç, bəyin atasının bibisi oğlu 20x20px Georq Maksimilyanoviç və xanımı Anastasiya Nikolayevna, bəyin atasının bibisi oğlu və onun xanımı 20x20px Yevgeniya Maksimilyanovna və əri Aleksandr, bəyin atasının bibisi qızı və onun əri (Böyük Oldenburq hersoqunun təmsilçisi kimi) 20x20px Pyotr Aleksandroviç, bəyin atasının bibisi nəvəsi 20x20px Konstantin Pyotroviç, bəyin babasının bibisi nəvəsi
20x20px Georq Aleksandr, bəyin babasının əmisi nəvəsi 20x20px Karl Mixail, bəyin babasının əmisi nəvəsi 20x20px Meklenburqlu Helena və əri Saksen-Altenburqlu Albert, bəyin babasının əmisi nəvəsi və onun əri
Mənbə
Ədəbiyyat Service, Robert (2017). The Last of the Tsars: Nicholas II and the Russian Revolution. Macmillan. p. 19. ISBN 978–1681775012 "Ceremony of the Wedding of Nicholas and Alexandra" Steinberg, Victoria S.; Steinberg, John W. (2001). Bokhanov, Alexander; Knodt, Manfred; Oustimenko, Vladimir; Peregudova, Zinaida; Tyutunnik, Lyubov; Fuhrmann, Joseph T.; Nicholas, Tsar; Alexandra, Empress; Iroshnikov, Mikhail (eds.). "Romanov Redux". The Russian Review. 60 (3): 424. ISSN 0036–0341 Buxhoeveden, Sophie. "Marriage and First Year in Russia, 1894–1895" "THE CZAR AND PRINCESS ALIX. ANOTHER MANIFESTO". Exeter and Plymouth Gazette. 5 November 1894. Retrieved 11 March 2016 – via British Newspaper Archive Kateqoriya:Romanovlar sülaləsi Kateqoriya:Edam olunmuş ruslar Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Öldürülmüş Romanovlar Kateqoriya:26 noyabrdakı hadisələr Kateqoriya:Rusiya monarxiyası