Asiya pişiyi () — Böyük Britaniyada yetişdirilən və Asiya qısa tüklü pişiklər qrupuna aid pişik cinsi. Cinsin başqa bir adı Asiya tabbisidir. Asiya pişikləri 1990-cı ildə Böyük Britaniyada ayrıca cins kimi tanınıb. Bu cins dünyada çox yaygın deyil. Bu cinsin az yayılması və az sayda pişik olması səbəbindən bir pişik balasının qiyməti olduqca yüksəkdir və orta hesabla 800 ilə 1000 ABŞ dolları arasındadır.
Taksonomiya Bu növ 1981-ci ildə Baronessa Miranda von Kirhberq tərəfindən yetişdirilən "Şinşilla İran pişiyi" (Jamari Sanquist) və bənövşəyi "Avropa Burma pişiyi" (Bambino Lilac Faberge) arasında baş vermiş qeyri-adi cütləşmə nəticəsində Birləşmiş Krallıqda təsadüfən yaradılıb. Bu cütləşmədən dörd bala pişik alınmışdır. 1981-ci ildə ilk balalar doğulduqdan sonra, yetişdiricilər bu balaların öz növləri olma potensialını göstərdiyini düşündülər. Bütün növlər 2003-cü ildə "GCCF" tərəfindən çempionat statusu qazandı. Tiffani isə bu statusu ən son qazanan növ oldu. Asiya pişikləri soyu nəzərə alınan pişiklər arasında nisbətən nadir bir növdür. 2023-cü ildə "GCCF" ilə qeydiyyatdan keçmiş cəmi 160 Asiya pişiyi balası doğulmuşdur
Erkək Asiya pişikləri adətən 5–7 kq, dişilər isə 3.5 kq ilə 5.5 kq arasında çəkiyə malikdir. Onlar kobud olmur və Burma pişikləri kimi incə və əzələli bir bədənə malik olur. Başı qısa, enli və yaxşı balanslı, bədənlə mütənasib olur. Qulaqlar arasında yumru bir forma, burun düz və xəttli, çənə möhkəm və dərin, boyun orta uzunluqda və enli olur. Qulaqlar orta və ya iri ölçüdə, yumru uclu və bir qədər irəli əyilmişdir. Tiffani pişikləri üçün qulaqlarda tüklər üstünlük təşkil edir. Gözlər iri və aralıqlı olmalı, yaşıl, sarı və ya qəhvəyi rəngdə ola bilər. Ayaqlar incə və orta uzunluqda, arxa ayaqlar ön ayaqlardan daha uzun olur. Pəncələr oval formalı və xoş görünüşlüdür. Quyruğu orta və ya uzun, ucu yumrudur. Asiya pişiklərinin qısa xəzi bədənə yaxın olur, incə, ipək kimi və parlaqdır. Xəz müxtəlif rəng və naxışlardadır.
Asiya pişikləri ortalama 15 il ömrə sahibdirlər.
Asiya pişiyinin xəzini həftədə bir dəfə qayçılamaq kifayət edir, çünki bu pişik xəzinin dolaşması və ya qarışması riski ilə üzləşmir. Xəzin yağlı olması, pişiyin özünü təmizləmədiyini göstərə bilər. Lakin bu hal, sağlamlıq əlaməti də ola bilər. Bütün pişiklər kimi, Asiya pişiyi üçün də müntəzəm peyvəndləmə və parazit nəzarəti tövsiyə olunur.
Növləri Görünüş etibarilə Asiya pişikləri Burma pişiyi ilə eynidir, lakin daha çox rəng və naxışlara, eyni zamanda daha uzun xəz sahibdirlər. Asiya pişikləri aşağıdakı növləri özündə birləşdirir: Asiya Self (tək rəngli və təbii naxışlı) Bombey (tək rəngli qara) Asiya tüstü rənglisi və ya Burmilla (gümüşü və ya qızılı kölgəli) Asiya tüstü rənglisi Asiya Tabbusu (təbii naxışlı) Tiffani və ya Asiya uzun xəzli.
Qalereya
İstinadlar
Xarici keçidlər
Bombay and Asian Self Breed Club Asian Cat Association Asian Group Cat Society Photos of Asians Breed profile (GCCF) FBRL Breed Page: Asian
Kateqoriya:Asiya pişiyi Kateqoriya:Pişik cinsləri