Roskovec () — Albaniya Respublikasında şəhər və bələdiyyə.
Yerləşməsi Roskovec Albaniyanın cənub-mərkəzində, Fiyer vilayətində yerləşir.
Tarix Roskovec köhnə və məskunlaşılmış bir mərkəz olub, ilk vaxtlar uzun müddət "bazar" kimi tanınmışdır. Bazar günləri bura yaxın və uzaq bölgələrdən satıcılar və alıcılar toplaşaraq, canlı heyvanlardan tutmuş ən xırda kənd təsərrüfatı və sənətkarlıq məhsullarına qədər müxtəlif malların ticarətini aparırdılar. Bu bazara və ətraf kəndlərin əhalisinə xidmət məqsədilə, əsasən şəhərin cənub-şərqinə aparan yolda (Kurjan yolu) bir çox sənətkarlıq dükanları tikilmişdi.
Şəhərdə məskunlaşan sənətkar və tacirlərin böyük əksəriyyəti Beratdan gəlmişdilər. Həmçinin şəhərdə uzaq yerlərdən gələn bazar əhlinin, eləcə də Fiyer və Berat arasında səyahət edən təsadüfi sərnişinlərin qala biləcəyi bir mehmanxana da mövcud idi.
Roskovec 1968-ci ildə o dövrün meyarlarına əsasən (əgər sənayedə çalışan vətəndaşların sayı müəyyən bir həddi keçirdisə, həmin yaşayış məntəqəsi "şəhər" sayılırdı) şəhər statusu almışdır.
Bələdiyyə 2015-ci ildə həyata keçirilmiş yerli idarəetmə islahatları zamanı Kuman, Kurjan, Roskovec və Strum bələdiyyələrinin birləşdirilməsi nəticəsində yaradılmışdır. Həmin ərazilər hazırda bələdiyyə vahidləri kimi fəaliyyət göstərir. Bələdiyyənin inzibati mərkəzi Roskovec şəhəridir.
Əhali 2023-cü ilin rəsmi siyahıyaalınmasına əsasən, bələdiyyənin ümumi əhalisi 16 332 nəfər, ümumi ərazisi isə 118,08 km²-dir.
2023-cü ilin siyahıyaalınmasına görə, keçmiş bələdiyyənin (hazırkı inzibati vahidin) əhalisi isə 4 078 nəfər olmuşdur.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Albaniya şəhərləri