I Françesko d'Este (; ) — VIII Modena və Reccio hersoqu.

1610-cu ildə Modenada doğuldu. Atası Modena və Reccio hersoqu Çezare d'Estenin oğlu Alfonso, anası isə Savoyya hersoqu I Karl Emmanuilin qızı Sovayyalı İzabelladır. Doğulduğu əsnada babası Çezare d'Este hələ taxtda idi. Otuzillik müharibə illərində İspaniya cəbhəsində iştirak etdi və qaynı olan Parma hersoqu Odoardo Farnezeyə qarşı döyüşərək Parma hersoqluğunu işğal etdi. Ancaq bütün səylərinə baxmayaraq ispanlardan yetərli dəstəyi görmədi və bu səbəblə fransızlarla sülh bağladı.

Onun 1628-ci ildə ölümüylə, atası taxta çıxdı və beləcə, özü də taxt varisi oldu. Ancaq yalnız bir neçə ay sonra atası taxtdan çəkildi və qalan ömrünü rahib olaraq yaşamaq qərarı aldı. Beləcə, taxta çıxdı.

İlk evliliyi 11 yanvar 1631-ci ildə Parma hersoqu I Ranuççionun qızı Mariya Yekaterina Farneze ilə baş tutdu. Cütlüyün 9 övladı dünyaya gəlsə də, bunlardan dördü yetkinlik yaşına çata bilmədi.

Alfonso d'Este (1632) IV Alfonso d'Este İzabella d'Este Elyanora d'Este (1639-1640) Tedaldo d'Este (1640-1643) Almeriqo d'Este (1641-1660), heç vaxt evlənmədi. Elyanora d'Este (1643-1722), heç vaxt evlənmədi. Mariya d'Este Tedaldo d'Este (1646)

Ancaq ilk xanımı 1646-cı ildə sonuncu övladının doğuşu əsnasında vəfat etdi. Xanımının ölümündən 2 il sonra - 12 fevral 1648-ci ildə baldızı Vittoriya Farneze ilə evləndi. Ancaq cəmi bir il sonra yeganə övladının doğuşu əsnasında vəfat etdi.

Vittoriya d'Este (1649-1656) Üçüncü və son evliliyi isə 14 oktyabr 1654-cü ildə italyan zadəgan Taddeo Barberininin qızı Lukresiya Barberini ilə baş tutdu. Cütlüyün bu nigahdan yalnız 1 övladı doğuldu.

Rinaldo d'Este

Mənbə

Ədəbiyyat

Ward, A.W.; Prothero, G.W.; Leathes, Stanley, eds. (1934). The Cambridge Modern History. Vol. XIII. Cambridge at the University Press.

İstinadlar

Kateqoriya:D'Este Kateqoriya:Otuzillik müharibə iştirakçıları