Rəhman Məmmədli (tam adı: Rəhman Fikrət oğlu Məmmədli; 9 Mart 1961, Füzuli) — Azərbaycanlı anderqraund (underground), eksperimental və psixodelik üslublarında çıxış edən elektro gitara ifaçısı, bəstəkar və musiqi pedaqoqudur. Müasir Azərbaycan musiqi səhnəsində önə çıxan "gitara" ənənəsinin ilk nümayəndələrindən biridir. Xüsusilə ənənəvi muğam elementlərini distortşn kimi müasir gitara texnikaları ilə birləşdirməsi ilə tanınır. Azərbaycan muğam ənənəsində vokal rolunu elektro gitara ilə əvəz edən üslubuna görə "barmaqları ilə oxuyan adam" kimi tanınır.

Həyatı və yaradıcılığı thumb|Rəhman Məmmədli bəstəkar Tural Məmmədlinin atasıdır. Rəhman Məmmədli 1961-ci ildə, Soyuq müharibə dövründə "Dəmir pərdə" ölkələrindən biri olan Azərbaycan Sovet Sosialist Respublikasının Qarabağ bölgəsində, Füzuli şəhərində anadan olub və bu bölgənin musiqisi olan muğamlarla əhatə olunmuş bir mühitdə böyüyüb. Uşaq yaşlarında akordeonun bir növü olan qarmon ifa edib. 1970-ci illərin ortalarında, hələ 14 yaşında olarkən bir qohumunun ona akustik gitara hədiyyə etməsi ilə özbaşına gitara çalmağı öyrənməyə başlayıb. Cəmi bir neçə gün ərzində bir çox melodiyanı öyrənib və qısa müddətdə diqqət çəkib.

1970-ci illərdə elektro gitara musiqisi Azərbaycana daxil olmuş və Məmmədliyə də təsir etmişdi. O, "Dəmir pərdə" ölkələrindən Çexoslovakiya istehsalı olan "Jolana" elektro gitarasından Azərbaycan xalq mahnılarını və muğamlarını ağır distortşn ilə ifa etmək üçün istifadə edib; o, bunu edən ilk ifaçılardan biri idi.

1980-ci ildə hərbi xidmətə çağırılıb. 1983-cü ildə xidmətini başa vurduqdan sonra, onilliyin sonuna qədər Biləcəri Dəmiryolçuların Mədəniyyət Evinin bədii rəhbəri olub. 1988-ci ildə Roza xanım ilə ailə həyatı qurub.

Gəncliyi Birinci Qarabağ Müharibəsinin ortasında keçib. O, bu dövrü belə xatırlayır:

“Müharibə illərində musiqi ilə məşğul olmaq bir az çətinlik yaratsa da, hər kəs kimi mən də öz sənətimlə məşğul oldum. Sadəcə gitaranı sevdim.” 1990-cı illərdə "Qlasnost" və "Perestroyka"dan sonra Sovet İttifaqının süqutuna şahidlik edib.

Məmmədli 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Bakıdakı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq üzrə akademik təhsil alsa da, musiqi sahəsindəki fəaliyyətini gitara və tar ifa edərək davam etdirib. Qısa müddət sonra "Qarabağ" ansamblına gitarist kimi dəvət olunub. Azərbaycan xalq melodiyalarını və muğam parçalarını alətə uyğunlaşdırmağa başlayıb. Toylarda, televiziya proqramlarında çıxış edib və solo sənətçi kimi öz albomlarını (kaset formatında) buraxmağa başlayıb. Toy məclislərində bəyin atasının ürək tutmasından vəfat etməsi, başqa bir toyda qız və oğlan tərəfinin rəqs üstündə əlbəyaxa olması və özlərinin belə qan içində qalması kimi maraqlı hadisələrin şahidi olub.

Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə ilə birlikdə çalışıb. Əhməd Bakıxanovun yaratdığı "Xalq Çalğı Alətləri Ansamblı"nda yer alıb və bir çox ölkədə konsertlərdə iştirak edib. 1990-cı illərdə Zeynəb Xanlarovanın müşayiətedici ansamblının tərkibində Türkiyədə konsertlər verib.

31 may 2024-cü il tarixində sənətçinin yaradıcılığı Ben Wheeler, Stefan Williamson Fa və Cyril Yeterian tərəfindən toplanaraq "Bongo Joe Records" etiketi ilə "Azerbaijani Gitara Volume 2" albomu şəklində işıq üzü görüb.

Məmmədli hazırda Füzulidəki uşaq musiqi məktəbində tar dərsləri keçir və müxtəlif tədbirlərdə gitara performansları ilə çıxış etməyə davam edir.

Müasir Azərbaycan muğam ənənəsində vokalın funksiyasını elektro gitara ilə əvəz etməyə yönəlmiş yanaşmasına görə "barmaqları ilə oxuyan adam" kimi tanınır.

Rafiq Hüseynovun (Rəmiş) 2021-ci ildəki vəfatına qədər, ikisi arasında adı qoyulmamış bir "soyuq müharibə" mövcud idi.

Sənətçi yeni albom layihələri üzərində işləyir və eyni zamanda Avropa səhnələrində qastrol səfərlərini davam etdirir.

Sənətçi Roza Məmmədli ilə evlidir və iki övladı var. Azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı Tural Məmmədlinin atasıdır.

Musiqi üslubu thumb|Rəhman Məmmədli "Jolana" markasının "Resonet" modelindən istifadə etmişdir. Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən Qafqaz regionu Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiyanın Dağıstan bölgəsini əhatə edən, Qafqaz dağları ilə əhatə olunmuş bu ölkələr və bölgələr Şərqi Avropa ilə Qərbi Asiya arasında həm bir sədd, həm də bir körpü rolunu oynayır. Bu bölgədə qitələrarası ekvivalentlərinə tam bənzəməyən, lakin onlarla bağlı olan musiqi ənənələri formalaşır və inkişaf edir. Tar, qopuz, saz və avar tamburu kimi simli alətlər bəzən çılğın, bəzən də hipnotik təsir bağışlayan, muğam kimi tanınan klassik Qafqaz modal musiqisində istifadə olunur.

"Fender" və "Gibson" kimi gitara markalarının uğuru Şərqi Blokda bənzər gitara modellərinin yaradılmasına ilham verdi və bir çox ölkə bu qlobal brendlərin regional variantlarını istehsal etdi. Bu onillikdə Sovet nəzarətindəki Çexoslovakiyada gitara istehsalında mərkəzi rol oynayan şəxs Yozef Rujiçka (Josef Růžička) adlı musiqi alətləri ustası idi. 1950-ci illərin sonunda onun dizayn etdiyi "Arioso" və "Arco" kimi modellər 1958-ci il Brüssel Sərgisində böyük maraq doğurdu və bir çox mükafat qazandı. 1959-cu ildə Hradets-Kralove şəhərində yeni model olan "Neoton" istehsala başladı. 1960-cı ildə "Jolana" markası altında istehsal olunan gitaralar bu bölgədə ilk dəfə təqdim edildi. Rujiçka tərəfindən idarə olunan "Jolana" şirkətinin adını əfsanəyə görə ustasının qızından aldığı deyilir; beləliklə, keyfiyyətli ağac materialı əldə etməyin çətin olduğu kommunist ölkələrində alətin tarixi başlamış oldu.

Çexoslovakiyada istehsal olunan bu modellər hər səviyyədən olan musiqiçilər üçün əlçatan yüksək səviyyəli alətlər kimi sürətlə böyük şöhrət qazandı. Bu gitaralar çox uzaq yol qət etdi. "Futurama" gitaraları qismən 1950-ci illərin sonuna qədər ABŞ idxalına tətbiq edilən Britaniya embarqosu sayəsində Corc Harrison, Cimmi Peyc və Erik Kleptonun əlinə keçdi. Çex şirkəti həmçinin yenilik və sınaqlara sadiqliyi ilə də tanınırdı. "Jolana" gitaraları hüdudları aşan dizaynı ilə tamamlanan özünəməxsus görkəmə malik idi; daha asan və sürətli dəyişikliklərə imkan verən boltlu qrif və ifaçıların alətlərinin aksiyasını və intonasiyasını asanlıqla tənzimləməsinə imkan verən nizamlanan körpüləri (eşşəkləri) var idi. thumb|"Gitara" musiqisində tar gitaralarını Bigsby körpülərinə malik Jolana gitaraları əvəz etmişdir. Şərqi Avropa ölkəsi Çexoslovakiyadan idxal edilən "Jolana" elektro gitaraları 1960-cı illərdə Azərbaycanda populyarlaşdıqda, musiqiçilər onlardan çərək tonlara kökləyərək muğamı XX əsrin ikinci yarısına və sonrasına daşımaq üçün istifadə etdilər.

Rəhman Məmmədlinin musiqisi Azərbaycanın ən təlatümlü dövrünə (Qarabağ müharibəsi və Sovet İttifaqının dağılması) təsadüf edir. Rəhman Məmmədlinin yer-yer eksperimental, yer-yer psixodelik musiqisi ənənəvi Azərbaycan ifadə formalarının elektro gitara üzərində yenidən şərhinə əsaslanan özünəməxsus instrumental yanaşma ilə xarakterizə olunur. Sənətçinin ifası xüsusilə muğam estetikasının instrumental dilə köçürülməsi baxımından diqqət çəkir.

Rəhman Məmmədli 1970-ci illərdən bəri Azərbaycan "gitara musiqisinde" kimi tanınan janrda simvolik bir fiqura çevrilib. Bu, ənənəvi Azərbaycan elementlərini də ehtiva edən, özünəməxsus səsə malik, elektrogitara ətrafında inkişaf edən bənzərsiz bir subkulturadır. Qərbi bu unikal janrla tanış edən və ilk dəfə dinləyənlər üçün "sörf musiqisi" (surf music) təsiri bağışlaya bilən "Azerbaijani Gitara I-II" (Bongo Joe Records, 2020-2014) albomları ilə tanınan mərhum Rüstəm Quliyev ilə birlikdə Rəhman bu üslubun və elektro gitaranın virtuozlarındandır.

"Gitara" musiqisi ifa edən digər azərbaycanlı sənətçilər kimi Çexoslovakiya istehsalı olan "Jolana" gitarasından istifadə edən Məmmədli, o dövr üçün eşidilməmiş üsullarla distortşn (distortion), "fuzz" və "reverb" effektlərini elastik yeni formalara salaraq xam elektriki sanki canlandırdı və bu sayədə "barmaqları ilə oxuyan adam" ləqəbini qazandı.

Rəhman Məmmədli "Jolana" gitarasının 1958-ci ildə istehsal olunmuş "Resonet Grazioso II" modelindən istifadə etdiyi halda, Rəmiş, Elman Namazoğlu kimi sənətçilər "Jolana"nın "Tornado" seriyalı gitaralarından istifadə ediblər.

Günümüzdə bir çox "gitara" sənətçisi azərbaycanlı lütye (gitara ustası) Fikrət Quliyev tərəfindən "Jolana" (əsasən "Tornado" modelləri) gitaralarının tar sədası verəcək şəkildə modifikasiya edilməsi ilə və ya sıfırdan istehsal olunan elektrogitaralarla yaradılmış və "Fitar" adlandırılan modifikasiya olunmuş gitaralardan istifadə edir. Bu alətlər elektrogitaranın ifa rahatlığını qoruyarkən; eşşək (bridge), pərdə aralıqları və maqnit (pickup) tənzimləmələri sayəsində Azərbaycan musiqisindəki çərək səsləri və tarın o özünəməxsus rezonanslı (zəngin) səsini verə biləcək şəkildə dizayn edilmişdir.

Məmmədli nadir hallarda öz əsərlərini bəstələyib; əvəzində Azərbaycan xalq mahnılarını, muğamlarını və xalq rəqslərini yenidən şərh edərək, sintezator akkordları, distorsiyalı gitara və bəzən maşın ritmləri, bəzən də qaval və ya nağara kimi yerli vurma alətlərindən istifadə edərək aranjiman edib. O, əvvəldən Azərbaycan musiqi ənənəsinə yeni nəfəs gətirməyə çalışıb.

Məmmədlinin ifaçılığında əsas ünsür melodik xəttin vokal xarakterini qorumaq cəhdidir. Bunun ən tipik nümunələrini Cabbar Qaryağdıoğlunun mahnısının şərhi olan "Xal qalmadı"da və Fransanın Renn şəhərində "Antipode" səhnəsindəki "Dervish" canlı ifasında eşidə bilərsiniz. Bu baxımdan, muğam ənənəsində görünən melizmatik quruluş, mikrotonal keçidlər və sərbəst ritmik axın gitara üzərində müxtəlif texnikalarla yenidən hasil edilir. Bu texnikalar arasında intensiv "tremolo" istifadəsi, geniş "bending" diapazonları və sürüşməli (glissando) keçidlər önə çıxır. Bu yönü ilə onun ifası instrumental olmaqdan çox, "oxuyan" bir nəql xarakteri daşıyır.

Səs rəngi (tembr) axtarışı sənətçinin musiqisində müəyyənedici digər bir xüsusiyyətdir. Eyni pərdənin fərqli simlər və mövqelər üzərindən ifa edilməsi fərqli rezonans və rənglərin əldə edilməsinə imkan yaradır. Bu yanaşma ənənəvi məqam musiqisində vacib olan "tərz" və "üslub" anlayışlarının gitara üzərindəki qarşılığı kimi qiymətləndirilə bilər.

Forma baxımından Məmmədlinin ifaları klassik Qərb musiqisindəki sabit quruluş anlayışından ziyadə, improvizasiyaya açıq və inkişafyönümlü bir yol izləyir. Bu vəziyyət muğamın modulyar və proses yönümlü quruluşu ilə paralellik təşkil edir. Beləliklə, əsərlərində bariz bir başlanğıc–inkişaf–son sxemindən çox, tədricən intensivləşmə və həllolma prosesləri müşahidə olunur.

Nəticə etibarilə Rəhman Məmmədlinin musiqisi ənənəvi Azərbaycan musiqi dilini müasir elektrogitara texnikaları ilə sintez edən; səs rəngi, ifadə və improvizasiya oxunda formalaşan özünəməxsus instrumental praktika kimi qiymətləndirilə bilər.

Muğam və Məmmədli musiqisi thumb|Soldan ikinci, dəf (bir növ nağara) çalan ifaçı da müğənnidir. Digərləri Muğam üçlüyünü təşkil edir. Muğam üçlüyü tar, kamança və nağaradan ibarətdir. Müasir "gitara" musiqisində tarın yerini elektrogitara tutub. Muğam (Azərbaycan muğamı kimi də tanınır) Azərbaycanın ənənəvi musiqi mədəniyyətinin əsasını təşkil edən klassik musiqi janrıdır. "Muğam" sözü ərəbcə "məqam" sözündən törəmişdir. Səsi ilə muğam ifa edənlərə xanəndə deyilir. Klassik muğam ifası xanəndə və Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qavalda ifa edən "muğam üçlüyü" tərəfindən həyata keçirilir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski klassik dövrdə önə çıxdığı halda; Bülbül, Sara Qədimova, Hacıbaba Hüseynov, Alim Qasımov, Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və Ağaxan Abdullayev kimi isimlər muğamı zirvəyə daşıyan müğənnilerdir.