Deniz Can Aktaş () - Türk aktyor. Hudutsuz Sevda serialında canlandırdığı Halil İbrahim Karasu və hal hazırda dəvam edən Yeraltı serialındaki Haydar Ali Aslan obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınır.
Həyatı və Karyerası Deniz Can Aktaş, 28 iyul 1993-cü ildə İstanbul şəhərində anadan olmuşdur. İstanbulda doğulub böyüyən aktyor əslən Kastamonu şəhərinin İnebolu rayonundandır. Piri Reis Universitetinin Gəmi Mühərrikləri İstismarı Mühəndisliyi ixtisası üzrə məzun olmuşdur.
Aktyorluq karyerasına 2015-ci ildə Star TV kanalında yayımlanan Tatlı Küçük Yalancılar serialı ilə başlamışdır.
2016-cı ildə Star TV-də yayımlanan “Hayat Bazen Tatlıdır” serialı Süreç Film tərəfindən istehsal olunmuş, dram, komediya və gənclik elementlərini özündə birləşdirən televiziya layihəsidir. Aktaş bu serialda “Burak Erkin (Ronaldo)” obrazını canlandırmışdır. Serial bir mövsüm davam etmişdir. 2017-ci il aprelin 30-da yayımlanan 26-cı bölümü ilə final edərək yayımdan çıxarılmışdır. Aktaş layihədə baş rol kimi yer almışdır.
2017-ci ildə yayımlanan Nerdesin Birader serialında Ali obrazı ilə köməkçi aktyor kimi çıxış etmişdir. Serial 4-cü bölümlə final etmişdir.
2018-2019 cu ildə yayımlanan “Avlu” serialı Avstraliya istehsalı “Wentworth” serialından adaptasiya olunmuşdur. Aktaş bu serialda Kudret Öztürk (Nursel Köse) obrazının oğlu “Alp Öztürk” rolunu canlandırmışdır. Serial ümumilikdə 2 mövsüm yayımlanmışdır. 2019-cu il mayın 30-da yayımlanan 44-cü bölüm ilə mövsüm finalı etmiş, lakin 3-cü mövsümün ləğv edilməsi səbəbilə ekran həyatına son vermişdir. Aktaş layihədə köməkçi aktyor kimi iştirak etmişdir.
2019-cu ildə Show TV-də yayıma başlayan “Aşk Ağlatır” serialı 2016-cı ildə Yaponiyada çəkilmiş “Love That Makes You Cry” adlı serialın adaptasiyasıdır. Aktaş bu serialda kənd mühitindən İstanbul şəhərinə köç etməyə məcbur qalan, babası tərəfindən böyüdülmüş, qürurlu və təbiətə bağlı “Yusuf Eren” obrazını canlandırmışdır. Serial ümumilikdə 1 mövsüm davam etmişdir. 2019-cu il dekabrın 22-də yayımlanan 16-cı bölümü ilə final edərək ekran həyatını başa vurmuşdur. Aktaş bu layihədə baş rol kimi çıxış etmişdir.
2020–2021-ci illərdə Menajerimi Ara serialında Barış Havas obrazını canlandırmışdır. Serial 45-ci bölümlə başa çatmışdır.
2022-2023-cü illərdə yayımlanan “Kasaba Doktoru” serialı Cənubi Koreya istehsalı “Dr. Romantic” serialından adaptasiya olunmuşdur. Aktaş bu serialda atasını itirdikdən sonra həkim olmağa qərar verən istedadlı və gələcək vəd edən “Dr. Ömer Özen” obrazını canlandırmışdır. Serial ümumilikdə 2 mövsüm davam etmişdir. 2023-cü il mayın 25-də yayımlanan 40-cı bölümü ilə final edərək ekran həyatına son vermişdir. Aktaş layihədə baş rol kimi çıxış etmişdir.
2023-2025-ci illərdə yayımlanan “Hudutsuz Sevda” serialı Medyapım tərəfindən hazırlanmış televiziya layihəsidir. Aktaş bu serialda azyaşlı ikən atasını itirdikdən sonra İstanbula sürgün edilən, illər sonra doğma yurdu Qaradənizə qayıdaraq qisas andı içən “Halil İbrahim Karasu” obrazını canlandırmışdır. Serial ümumilikdə 2 mövsüm davam etmişdir. 2025-ci il mayın 15-də yayımlanan 63-cü bölümü ilə final edərək ekran həyatına son vermişdir. Aktaş layihədə baş rol kimi çıxış etmişdir.
2026-h.h karyerasını Yeraltı serialında baş rollardan biri olaraq Haydar Ali Aslan obrazını canlandırır.
Filmoqrafiya
Televiziya İl Layihə Rol Qeyd Kanal2015Tatlı Küçük YalancılarSeçkinKöməkçi aktyorStar TV2016–2017Hayat Bazen TatlıdırBurak Erkin (Ronaldo)Baş rolStar TV2017Nerdesin BiraderAliKöməkçi aktyorFOX2018Avlu (serial)Alp ÖztürkKöməkçi aktyorStar TV2019Aşk AğlatırYusuf ErenBaş rolShow TV2020–2021Menajerimi AraBarış HavasBaş rolStar TV2022–2023Kasaba DoktoruDr. Ömer ÖzenBaş rolTRT 12023–2025Hudutsuz SevdaHalil İbrahim KarasuBaş rolNOW / FOX2026–hazırdaYeraltı (teleserial)Haydar Ali AslanBaş rolNOW (televizya kanalı)Kino İl Film Rol Qeyd Rejissor2022Bandırma Füze KulübüUmutBaş rolÖmer Faruk Sorak Mənbələr
Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları