Yusif bəy Məhəmməd bəy Ağabəyov () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin əməkdaşı, kvestor, iqtisadçı və maarif xadimi.

Həyatı Yusif bəy Ağabəyov 1894-cü il yanvarın 10-da (yeni təqvimlə 23-də) Quba şəhərində anadan olmuşdur. Atası Məhəmməd bəy Məhəmmədyusif bəy oğlu, anası Səkinə xanım Axundzadədir. Yusif bəy cəmi 9 aylıq olarkən atasını itirmiş, əmisinin himayəsində Quba yaxınlığındakı mülkdə böyümüşdür.

Təhsili və fəaliyyəti 9 yaşında Bakı Real Məktəbinin pansionuna dövlət hesabına qəbul edilmiş və 1904–1914-cü illərdə burada orta təhsil almışdır. 1916-cı il iyulun 13-də Kiyev Kommersiya İnstitutunun iqtisad fakültəsinə daxil olmuşdur. Bakı Müsəlman Maarif Cəmiyyəti "Nicat"ın və Bakı Şəhər İdarəsinin təqaüdü ilə 1917-ci ilə qədər təhsilini davam etdirmişdir. Azərbaycana döndükdən sonra dövlət quruculuğu işlərinə qoşulmuşdur.

Siyasi və İctimai Fəaliyyəti left|thumb|256x256px|Yusif bəy Ağabəyov (aşağıda əyləşənlər cərgəsində soldan 5-ci) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin işçiləri ilə. Bakı, 1918–1919-cu illər 1918-ci il dekabrın 5-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dəftərxanasına kvestor (təsərrüfat müdiri/mühafizə rəisi funksiyasını yerinə yetirən vəzifəli şəxs) təyin edilmişdir. Yusif bəy "Xalqçı" partiyasının üzvü və xəzinədarı olmuşdur.

Sovet hakimiyyətinin ilk illərində Yusif bəy maarif sahəsində çalışmış, 1925-ci ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Quba şöbəsinin yaradılması və fəaliyyətində iştirak etmişdir. 1926-cı ilə aid sənədlərə görə, o, Quba Kənd Təsərrüfatı Texnikumunun direktor müavini vəzifəsində çalışmışdır. Sonralar Gəncə Dövlət İnstitutunun dosenti və professoru vəzifələrində.

Vəfat tarixi və sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur. Bir versiyaya görə, 1937-ci ildə "xalq düşməni" ittihamı ilə həbs olunaraq sürgün edilmiş və güllələnmişdir.

Mənbə

İstinad siyahısı

Ədəbiyyat

Kateqoriya:Repressiya qurbanları