Gördəsli Makbulə (; ) — Türkiyə İstiqlaliyyət müharibəsində Anadolunu işğal edən yunan qüvvələrinə qarşı döyüşərkən həlak olan Qüvayi-milliyə (Milli Qüvvələr) döyüşçüsü.

O, I Dünya müharibəsindən sonra başlayan yunan işğalına qarşı Gördəs-Dəmirçi-Simav-Sındırqı bölgəsindəki müqavimət hərəkatına qoşulmuşdur. Makbulə xanım 16 mart 1922-ci ildə Şahinqaya və Ağqocalı kəndləri yaxınlığındakı Kocayayla mövqeyində baş verən qəfil hücum zamanı şəhid olmuşdur. Həyatı Makbulə xanım 1901 və ya 1902-ci ildə Manisanın Gördəs qəsəbəsində anadan olub. Atası Əli Ustalar (Ağustolar) ailəsindən Abdullah Əfəndi, anası isə Zeliha xanım olub. Uşaqlıq illərində ailəsindən ata minməyi, ovçuluğu və ev işlərini öyrənmiş Makbulə "Əsgər Makbulə" ləqəbi ilə tanınmışdır. O, 12 yaşında atasını itirib.

I Dünya müharibəsindən sonra, 25 may 1919-cu ildə Manisa işğala məruz qaldıqda, Makbulə xanımın yaşadığı Gördəsdə Qüvayi-milliyə (Milli Qüvvələr) təşkilatı quruldu. Yaradılan milli birliyin yanı sıra Gördəs və ətrafında Sarı Mehmed Efe, Xəlil Efe, Saçlı Efe, Parti Pəhlivan və Əli bəy dəstələri formalaşdı. Makbulə xanım Parti Pəhlivanın dəstəsində vuruşurdu. Bu dəstələr bir müddət sonra vahid "efe" təşkilatı olaraq birləşdi.

15 iyul 1920-ci ildə yunan işğalına məruz qalan Gördəs qəsəbəsi, 21-22 may 1921-ci il tarixlərində yunan qüvvələri tərəfindən top atəşinə tutularaq yandırıldı.

Gördəsin yandırılmasından sonra, 1921-ci ilin iyulun sonunda Makbulə xanım Usturumcalı Xəlil efe ilə ailə qurdu. Toy Dəmircidə kaymakamın (rayon rəhbərinin) evinin həyətində keçirildi. Makbulə xanım Xəlil efe ilə evləndikdən sonra yoldaşı ilə birlikdə İbrahim Ədhəm bəyin komandanlığı altındakı Axıncı birliklərinə qoşuldu.

Sakarya döyüşü zamanı Afyon mövqelərinə çəkilən yunan qüvvəlrinin yenidən Gördəs ətrafına gəlməsi, Axıncı birliklərinin düşməni pusquya salmaq üçün hazırlıq görməyə məcbur etdi. Makbulə xanım öz dəstəsi ilə birlikdə burada qaldı. 16 dekabr 1921-ci ilin gecəsində Söyüdlü kəndinə çatan dəstə düşmənlə döyüşə girən Makbulə xanım bu döyüşdə böyük rəşadət göstərdi.

Mənbələrdə onun necə şəhid olması ilə bağlı fərqli məlumatlar mövcuddur. İbrahim Ədhəmin imzası ilə 1922-ci ilə aid hərbi hesabatda Makbulə xanımın ölümü belə şərh edilmişdi:

Xatirəsi Gördəsli Makbulenin xatirəsi Gördəs rayonunun mərkəzindəki Şəhid Makbulə xanım Meydanında, rayondakı Şəhid Makbulə xanım ibtidai məktəbində, Sındırğıda bir liseydə, Dəmircidə İcra Hakimiyyəti binasının qarşısındakı heykəldə və Manisadakı parkda yaşadılır.

Xəlil Efe, Gördəsli Makbulədən iki ay sonra, 17 may 1922-ci ildə Sələndidə baş verən toqquşmada həlak olub. Gördəs bələdiyyə meydanında Gördəsli Makbulənin Xəlil Efe ilə birlikdə ucaldılmış heykəli də var.

Makbulə xanımın Qocayaylada dəfn edildiyi yer düşmənlərin əlinə keçməsin deyə gizli saxlanılmış; 2000-ci ildə başlanan araşdırmalar nəticəsində Qocayayladan 4 km uzaqlıqdakı Harlaq dərəsinin Dərəçatı məntəqəsində olduğu aşkar edilmişdir. Gördəsli Makbulənin məzarı və ətraf rayonu azad olunmasının 90-cı ildönümündə abadlaşdırılmış, məzar daşı qoyulmuş və kiçik bir abidə də ucaldılmışdır. Gördesli Makbulə, Gördəsin düşmən işğalından azad edilməsinin ildönümlərində və vəfat tarixi olan 17 martda məzarı başında keçirilən müxtəlif tədbirlərlə yad edilir. İstinadlar

Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar Kateqoriya:Odlu silah atəşindən vəfat edənlər Kateqoriya:Qüvayi-milliyə Kateqoriya:Manisa ilində vəfat edənlər