Ayşə Arman (; ) — Türkiyəli jurnalist, köşə yazarı, fəal və yazıçı. O, daha çox müsahibələri ilə tanınır. Arman iki kitabın müəllifidir və bunlardan biri son on ildə verdiyi müsahibələrin ən yaxşılarının toplusudur. Arman həmçinin Almaniya vətəndaşlığına malikdir.
Həyatı Ayşə Arman 9 dekabr 1969-cu ildə Adanada anadan olub. Atası Mehmet Kutman Arman, universitet təhsili üçün getdiyi İsveçrənin paytaxtı Berndə qonşusu olan alman Veronika Passler ilə evlənib. Evləndikdən sonra Adanaya köçən cütlüyün 3 övladı olub.
Orta və tam orta təhsilini Tarsus Amerikan Liseyində tamamlayan Arman, daha sonra İstanbul Universiteti Rabitə Fakültəsinin radio, televiziya və kino bölməsinə daxil olub. O, 18 yaşında "Nokta" jurnalında işləməyə başlayıb və təhsilini yarımçıq qoyub.Biography , Edebik Ardıcıl olaraq "Nokta", "Aktüe"l, "Tempo", "Marie Claire" və "Yeni Yüzyıl" qəzetlərində çalışdıqdan sonra "Hürriyet" qəzetinə keçib. 27 il boyunca bu qəzetdə çalışdıqdan sonra 2019-cu ildə istefa verib.
Öz internet saytı və sosial media hesabları vasitəsilə müsahibələrini paylaşmağa davam edir. 2015-ci ildə çıxan amnistiya ilə yenidən qeydiyyatdan keçərək İstanbul Universitetindəki bakalavr təhsilini tamamlayıb. 2011-ci il istehsalı olan "Eşq təsadüfləri sevər" filmində qonaq aktrisa kimi iştirak edib. 2017-ci ildən bəri "İyilik Kolyeleri: Sakajawe" adı altında boyunbağı hazırlamaqla məşğuldur. Bu boyunbağıların satışından əldə edilən gəlir yardım layihələrinə sərf olunur. İstanbul Bilgi Universiteti Rabitə Fakültəsində "Röp-Art" (yaradıcı müsahibə) dərsləri verib.
Ayşe Arman, Haldun Dormen və Betül Mardinin oğlu Ömer Dormen ilə evlidir. Onların Alya adında bir qızları var. Müsahibə və yazılarında feminist üslubu, hərəkətləri və LGBT hüquqlarına yönəlmiş aktivist çıxışları ilə diqqət çəkir. 3 noyabr 2019-cu ildə "Hürriyet" qəzetindən istefa verdiyini sosial media hesabı vasitəsilə ictimaiyyətə duyurub. Mükafatları Cumburiyyət qəzeti, Bülent Dikmener mükafatı, 1989.
Əsərləri Kimse Okumazsa Ben Okurum, Epsilon Publishing (2002), 330pp, Book World Kimse Sormazsa Ben Sorarım, Epsilon Publishing (2003), 352pp, New Page Alya, Sevgilim ve Ben, (2009) Gezinin Güzel İnsanları, (2013)
İstinadlar
Xarici keçidlər Official website Archive of articles in Hürriyet
Kateqoriya:Türkiyə aktivistləri