thumb|Kapellan 1915-ci ildə ön xətdə Rusiya İmperator Ordusunun mövqelərinə xeyir-dua verir

Kapellan (kaplan, , — "şapel/ibadətgah" sözündən) — ruhani vəzifəsi; bir qayda olaraq hərbi, xəstəxana, həbsxana və ya saray kimi mülki idarələrdə dini xidmət göstərən şəxs.

Bu termin müxtəlif dövlətlərdə geniş yayılmışdır; katolik kilsəsi, pravoslav kilsəsi, protestant cərəyanları və digər konfessiya]larda tətbiq olunur.

Tarixi

thumb|ABŞ Hərbi Dəniz Qüvvələri kapellanlar korpusunun emblemi

thumb|Ukrayna Yunan-Katolik Kilsəsinin Kapellanlar Departamentinin nişanı, 2011-ci il

"Kapellan" termininin mənşəyi Müqəddəs Turlu Martinin adı ilə bağlıdır. Əfsanəyə görə, Martin bir gün rastlaşdığı dilənçinin soyuqdan mühafizəsi üçün öz plaşını (capa) qılıncı ilə iki hissəyə bölərək yarısını ona vermişdir. Növbəti gecə o, yuxusunda İsa Məsihi həmin plaşın yarısında görür. Müqəddəs Martinin plaşının qalan hissəsi Merovinqlər sülaləsi üçün müqəddəs əmanətə çevrilir və "kapa" (bu günə qədər katolik keşişlərin geyiminin bir hissəsidir) adlandırılır. Frank kralları döyüş yürüşlərinə çıxarkən bu plaşı özləri ilə aparırdılar ki, onları təhlükədən hifz etsin. Ordu ilə birlikdə gedən və bu plaşı mühafizə edən keşiş zamanla "kapellan", yəni "kapanın keşikçisi" adlanmağa başlamışdır.

Orta əsrlərdə (terminə ilk dəfə 781-ci ildə rast gəlinir) katoliklərdə kapellan dedikdə aristokratlardan və kilsə iyerarxlarından ibarət saray kapellasına daxil olan ruhani şəxs nəzərdə tutulurdu. XVII əsrə qədər kapellan həm də "ev" keşişi rolunu oynayır, dini rəhbərliklə yanaşı katiblik vəzifələrini də icra edirdi. Böyük orta əsr saraylarında zamanla "ali kapellan" () vəzifəsi formalaşmışdır ki, bu vəzifəni yepiskop və ya abbat daşıyırdı. Onun öhdəliklərinə yalnız ibadət deyil, həm də hamisinin xaricdə rəsmi nümayəndəliyi (müasir diplomatlar kimi) daxil idi.

XIV əsrin ortalarından etibarən saray kapellalarının genişlənməsi ilə vəzifə bölgüsü yaranmışdır. Məsələn, ibadətin musiqi müşayiətinə rəhbərlik kapellandan ayrılaraq "kapella magistrinə" (Kapelmeyster) həvalə edilmişdir. Dəftərxana rəhbəri olan Kansler də ayrıca vəzifəyə çevrilmişdir. XVIII əsrdən etibarən kapellanların vəzifələri əsasən yalnız ibadət xidməti ilə məhdudlaşmışdır. Müasir Kanonik hüquq normalarına görə, kapellan — hər hansı bir icmanın və ya xüsusi xristian qrupunun (məsələn, hərbçilərin) daimi mənəvi qayğısı ilə məşğul olan keşişdir.

Müasir dövrdə bir çox ölkələrin silahlı qüvvələrində kapellanlar hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin möhkəmləndirilməsində və dini ehtiyaclarının qarşılanmasında mühüm rol oynayırlar. Onlar çox vaxt zabit rütbəsi daşısalar da, döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər və beynəlxalq hüquqla müdafiə edilən nekombatant statusuna malikdirlər.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

"chaplain", Merriam-Webster Collegiate Dictionary "chaplain", Chaplaincy certification and Training Unit Chaplain on the WW2 Movie Fury

Kateqoriya:Kilsə titulları Kateqoriya:Dini vəzifələr Kateqoriya:Kapellanlar