Dalibor Draqiç (; ) — Bosniyalı keçmiş futbolçu. Karyerası ərzində əsasən müdafiəçi kimi çıxış etmişdir.
Karyerası Karyerasına "Borats Banya Luka" klubunda başlayan Draqiç, 1994-cü ildə Voyvodina klubuna keçmişdir. O, növbəti beş ili eyniadlı şəhərin "RFK Novi Sad 1921" klubunda, o cümlədən 1995–96 mövsümündə icarə əsasında "Borats Çaçak" klubunda keçirmişdir.
1999-cu ilin sonlarında Draqiç Levski Sofiya klubuna qoşulmaq üçün Bolqarıstana yollanmışdır. O, klubda üç il keçirmiş və üç dəfə ardıcıl çempionluq (2000, 2001 və 2002) və iki ölkə kuboku (2000 və 2002) qazanmışdır.
2003-cü ilin qış transfer pəncərəsində Draqiç digər Bolqarıstan təmsilçisi olan "Çerno More Varna" klubuna keçmişdir.
2004–05 mövsümündə "Mladost Apatin" klubuna keçmişdir.
Draqiç 2005-ci ildə Azərbaycana gedərək Turan Tovuz klubuna qoşulmuşdur. 2006-cı ilin yanvarında Azərbaycanda klub dəyişdirən futbolçu Olimpik klubuna keçmişdir. 2005–06 mövsümündə Azərbaycan çempionatında 23 oyunda meydana çıxşmışdır. Bunlardan 12 oyun "Turan" formasıyla, 11 oyun isə "Olimpik" formasıyla olmuşdur.
Draqiç 2007-ci ilin iyulunda Malayziya təmsilçisi olan "Sabah" klubu ilə müqavilə imzalamış və komandanın 2007–08 Malayziya Premyer Liqasında dördüncü yeri tutmasına kömək etmişdir.
2010-cu ildə Draqiç öz doğma şəhərinin klubu olan "Rudar Priyedor"a qoşulmuşdur. O, 2012-ci ilin əvvəlində təxminən 40 yaşında "MB Johor Baru" üçün oynamaq məqsədilə yenidən Malayziyaya qayıtmışdır.
Karyera statistikası KlubMövsümLiqaOyunQol"Voyvodina"1994–951801995–96001996–971901997–982421998–991701999–200090Cəmi872
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları