Toxunulmazlıq və ya Hüquqi toxunulmazlıq — şəxsi hüquqi statusun ümumi termini. Hər bir vətəndaşın şəxsi toxunulmazlıq, şəxsi həyat və mənzil toxunulmazlığı hüququ tanınır. Bu o deməkdir ki, heç kim vətəndaşların şəxsi həyatına müdaxilə edə, onun xəbəri olmadan bu barədə məlumat yığa, yaşayanların razılığı olmadan mənzilə daxil ola və dövlət orqanlarının müvafiq qərarı olmadan (qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla) şəxsi azadlıqdan məhrum edə bilməz.

Bu termin tez-tez vəzifəli şəxslərə, adətən seçkili (lakin təyin olunanlara da, məsələn, prokurorlara, deputatlara) münasibətdə tətbiq olunur ki, bu da müəyyən şəxslərin xüsusi hüquqlarının mövcudluğunu ifadə edir. Belə şəxslər üçün ümumi hallarla müqayisədə onların cinayət, inzibati məsuliyyət və ya digər məsuliyyətlərə cəlb edilməsinin aydın və xüsusi qaydası müəyyən edilir. Diplomatik immunitet halında olduğu kimi, bəzən bu şəxslərin məsuliyyətə cəlb edilməsi praktiki olaraq qeyri-mümkün həddə çatır.

Termin insan hüquqlarının müdafiəsinə tətbiq edildikdə fərqli məna daşıyır və bu cür toxunulmaz hüquqların qanunla müdafiə edilməli olduğunu göstərir. Bu, həmin hüquqların pozulmasının yolverilməzliyi mənasına gəlir.

İstinadlar

Kateqoriya:Hüququn prinsipləri Kateqoriya:Hüquqi toxunulmazlıq Kateqoriya:Hüquqi terminlər