Sanço Ramirez (; ) — II Araqon kralı və Pamplona kralı.
Atasının vəfatından sonra 1063-cü ildə Araqon taxt-tacını, Pamplona kralı IV Sançonun qətlə yetirilməsindən sonra isə yerli əsilzadələrin dəvətiylə Pamplona taxt-tacını miras aldı. 1064-cü ildə Barbastro, 1083-cü ildə Qraus, 1089-cu ildə Monsonu fəth etdi. 1094-cü ildə Hueska uğrunda gedən döyüşlərdə həlak oldu.
İlk evliliyi 1062-ci ildə Urqell qrafı III Ermenqolun qızı Urqelli İzabella ilə evləndi. Cütlüyün bu nigahdan 1 övladı olsa da, 1070-ci ildə boşandılar.
I Pyotr
İkinci evliliyi isə 1071-ci ildə Pikardiyalı Felisiya ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Ferdinand I Alfonso II Ramiro
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:XI əsr Avropa hökmdarları