Memaliay () — Albaniyanın cənubunda, Girokastra vilayətində yerləşən şəhər və bələdiyyə.

Memaliay bələdiyyəsi, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Buz, Krahes, Luftinye, Memaliay, Memaliay Fşat və Qesarat bələdiyyələrinin birləşdirilməsi nəticəsində yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin inzibati mərkəzi Memaliay şəhəridir.

2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 10.657 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 372.30 km² təşkil edir. 2011-ci ildə mərkəzi inzibati vahid olan (keçmiş bələdiyyə) Memaliay şəhərinin əhalisi 2.647 nəfər idi.

Şəhər tamamilə həm müsəlman bəktaşilər, həm də şərq pravoslav xristianları olan albanlar tərəfindən məskunlaşılıb. Bölgədə danışılan alban ləhcəsi Tosk ləhcəsidir.

Tarixi 2 dekabr 1942-ci ildə Memaliayda Alban Milli Azadlıq Hərəkatı Şurasının rəhbərliyi altında Tepelenanın ilk Milli Azadlıq Komitəsi qurulmuşdur.

1958-ci ildə Memaliay 1938-ci ilin köhnə mədənləri ilə müqayisədə Albaniyanın kömür gəlirini 64 dəfə artıran yeni yaradılmış Kömür Mədəni ilə məşhurlaşdı.

Tanınmış şəxsiyyətləri Aqron Llakay (Agron Llakaj) — komediyaçı. Foto Strakoşa — keçmiş futbolçu (qapıçı). Tomas Strakoşa — futbolçu (qapıçı), Foto Strakoşanın oğlu. Ylli Baka — müğənni.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri