Murad Qalib oğlu Həmidov ― Almaniyada yaşayan azərbaycanlı futbolçu. Hücum yarımmüdafiəçisi () rolunda çıxış edir.
Həyatı Murad Həmidov 2009-cu ilin 15 fevralında Bakıda anadan olub. 3 uşaqlı ailənin tək oğludur. Atası Qalib Həmidov, anası isə mama-ginekoloq Nuranə Həmidovadır. Muradın uşaqlığı Bakıda keçib, 5 yaşından futbolla məşğul olmağa başlayıb. 14 yaşından isə Almaniyaya köçüb, təhsilini və idmançı karyerasını orada davam etdirir.
Karyerası
Erkən illər Murad Həmidov uşaq yaşlarından futbolla məşğul olur. 5 yaşında Leon Futbol Klubunda oynamağa başlayıb. 2019-cu ildən isə Vətən Futbol Məktəbində məşqlərinə davam edib.
2020-ci ildən Sabah FK-nun gənclər yığmasında (Sabah Youth) çıxış etməyə başlayıb. U-14 liqasının final oyununda Qarabağa qarşı yeganə qolu vurmuş, komandası gümüş medal qazanmışdır (Sabah 1:2 Qarabağ).
Almaniya 14 yaşında Almaniyaya köçüb. 2024-cü ilin yanvarında Almaniyanın SGS Essen futbol klubuna transfer olunub. 2025-ci ilin iyul ayından isə SV Elversberg klubunun heyətində Bundesliqada U-17 kateqoriyasında çıxış edir.
Milli komanda 2024 və 2026-cı illərdə Azərbaycan milli futbol komandasında U-16 və U-17 yaş qrupları üzrə heyətə daxil edilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya azərbaycanlıları