Valoniya və ya rəsmi olaraq Valoniya Bölgəsi () — Belçikanın üç federal bölgəsindən biridir. Belçikanın cənub hissəsində yerləşir. Valoniya Bölgəsinin rəsmi dili fransız dilidir və bölgədə alman mənşəli əhali yaşadığı üçün alman dili də rəsmi statusa malikdir. Valoniyanın paytaxtı Namür şəhəridir və bölgəsənin digər mühüm şəhərləri Lyej, Şarlerua, Mons və Turnedir. Bölgənin milli rəmzi qırmızı xoruzdur ki, bu da bölgənin rəsmi bayrağı və gerbində təsvir olunmuşdur. Valoniya Bölgəsinin sahəsi 16,901 kvadrat kilometrdir. Bu Belçika ərazisinin 55%-ni əhatə edir.
Həmçinin bax Belçikanın inzibati bölgüsü