thumb|right|Apple şirkətinin Kupertinodakı (Kaliforniya) mənzil-qərargahı

Mənzil-qərargah və ya Ştab-mənzil — təşkilatın ən mühüm funksiyalarının çoxunun (və ya hamısının) cəmləşdiyi, rəhbərliyin və ya kommersiya strukturunun (şirkət, müəssisə, təşkilat) top-menecmentinin yerləşdiyi məkandır.

Korporativ idarəetmə

Mənzil-qərargah korporasiyanın əsas hissəsində yerləşir və korporasiyanın ümumi nailiyyətinə görə tam məsuliyyət daşıyır, həmçinin korporativ idarəetməni təmin edir. Şirkətin mənzil-qərargahı korporativ strukturun əsas elementidir və strateji planlaşdırma, korporativ kommunikasiyalar, vergi, hüquq, marketinq, maliyyə, İnsan Resursları (HR), İT və satınalma (CPO) kimi müxtəlif korporativ funksiyaları əhatə edir.

Mənzil-qərargah aşağıdakıları əhatə edir: Baş direktor (CEO): Əsas fiqur kimi baş direktor və onun ofis direktoru və digər köməkçi personalı; "Korporativ siyasət" funksiyası: Korporativ siyasətin müəyyən edilməsi və yaradılması yolu ilə firmanı istiqamətləndirmək üçün lazım olan bütün funksiyalar; Korporativ xidmətlər: Müəssisə daxili müştərilərə və iş tərəfdaşlarına xidmət göstərmək üçün xüsusi biliklər, qabaqcıl təcrübə və texnologiyalar əsasında göstərilən dəstək fəaliyyətləri; İnterfeys: Baş ofis ilə bölmələr arasında hesabatlılıq xətti və ikitərəfli əlaqə.

Biznes bölmələri

Bölmə mənzil-qərargahı adətən bölmə rəhbərini, onun personalını, habelə biznes bölməsinin idarə edilməsi və əməliyyat fəaliyyəti üçün bütün funksiyaları əhatə edir. Bölmə rəhbəri həmin bölmənin ümumi nəticəsinə görə məsuliyyət daşıyır.

Regional mənzil-qərargahlar

Mənzil-qərargah bəzən əsas regional bölmədə fəaliyyət göstərir və bütün alt bölmələrin fəaliyyətinə nəzarət edərək, həmin regional blokun ümumi mənfəətliliyi və nailiyyəti üçün tam məsuliyyəti üzərinə götürür.

Hərbi mənzil-qərargah

Bu termin həmçinin hərbi təşkilatlara münasibətdə də işlədilir. Hərbi qərargah təşkilatın və ya birləşmənin ölçüsündən və xarakterindən asılı olaraq müxtəlif formalar alır.

Həmçinin bax

Korporasiya Menecment Qərargah

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Tənzimləmə Kateqoriya:Hərbi yerlər Kateqoriya:Təşkilati struktur Kateqoriya:Mənzil-qərargahlar Kateqoriya:Komandanlıq və nəzarət