Finlandiya Elm və Ədəbiyyat Akademiyası () — Finlandiyanın elmi cəmiyyətidir. Ofisi Helsinki şəhərində yerləşir, fəaliyyəti fin və ingilis dillərində həyata keçirilir.
Finlandiya Elm və Ədəbiyyat Akademiyası 1908-ci ildə təsis edilmişdir və əvvəllər isveçdilli olan, sonradan isə ikidilli fəaliyyətə keçən Finlandiya Elmlər və Ədəbiyyat Cəmiyyətindən sonra ölkənin ikinci ən qədim akademiyasıdır. Digər üç elmi cəmiyyətlə birlikdə Finlandiya Akademiyası şurasına daxildir.
Akademiyanın üzvlərinin seçilməsi
Akademiyada ümumilikdə 300-dən çox yer mövcuddur. Akademiya üzvünün 65 yaşı tamam olduqda, onun yeri yeni üzv seçmək üçün boşalmış hesab olunur, lakin o, ömrünün sonuna qədər akademiyanın tamhüquqlu üzvü olaraq qalır. Akademiya iki bölməyə ayrılmışdır: Təbiət elmləri bölməsi və Humanitar elmlər bölməsi.
1924-cü ildən etibarən akademiyaya xarici üzvlər də dəvət olunur. Dünya elmində görkəmli nəticələr əldə etmiş və aparıcı tədqiqatçı kimi özünü təsdiqləmiş xarici alim akademiyanın xarici üzvü seçilə bilər. Xarici üzvlərin seçilməsi yerli üzvlərin seçilməsi ilə eyni prinsiplərə əsaslanır.
Mükafatlar
Akademiya mükafatı
Akademiya mükafatı (, ), Finlandiya Elm və Ədəbiyyat Akademiyasının üzvləri üçün nəzərdə tutulmuş ən yüksək mükafatdır. Bu mükafat 1945-ci ildən bəri hər il akademiya üzvlərindən birinə (1953-cü ilə qədər iki nəfərə) ömürlük elmi fəaliyyətinə görə təqdim olunur.
Vyaysyalya mükafatı
Vyaysyalya mükafatı () Finlandiya Elm və Ədəbiyyat Akademiyası tərəfindən Vyaysyalya fondu () ilə bərabər təsis edilmişdir. Mükafat riyaziyyat və təbiət elmləri sahəsində nailiyyətlər əldə etmiş, elmi karyerasının aktiv mərhələsində olan görkəmli fin və xarici alimlərə verilir. Mükafat Finlandiya Elm və Ədəbiyyat Akademiyası idarə heyətinin qərarı ilə təyin edilir və mükafatlandırma mərasimində mühazirə oxunduqdan sonra təqdim olunur.
İlk mükafat 2000-ci ildə verilmişdir və o vaxtdan bəri hər il təqdim edilir. Vyaysyalya mükafatı gənc riyaziyyatçılar üçün nəzərdə tutulan Filds medalının Finlandiya analoqu hesab olunur. Mükafatın məbləği 15 min avro təşkil edir (məzənnə fərqinə görə bu, Filds medalından təxminən bir yarım dəfə çoxdur) və namizədlər üçün rəsmi yaş məhdudiyyəti nəzərdə tutulmur.
İstinadlar
Xarici keçidlər
Finnish Academy of Science and Letters, official website The Finnish Academy of Science and Letters , a presentation (at the website of the University of St Andrews).
Kateqoriya:Finlandiya mədəniyyəti Kateqoriya:Finlandiyanın elmi akademiyaları və cəmiyyətləri Kateqoriya:Milli incəsənət və humanitar elmlər akademiyaları Kateqoriya:Finlandiyada elm və texnologiya Kateqoriya:Milli elmlər akademiyaları