Sehranə Ələsgər qızı Kasimi (Ağabəyova) () — azərbaycanlı musiqişünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Özbəkistan Turan Elmlər Akademiyasıın həqiqi üzvü.

Həyatı və təhsili Sehranə Kasimi 6 iyun 1963-cü ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Sumqayıt şəhər Q. Qarayev adına № 1 musiqi məktəbinin fortepiano sinfini əla qiymətlərlə bitirmişdir. 1984-cü ildə V. İ. Lenin adına ADPİ (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)- nin musiqi fakültəsini musiqi ixtisası üzrə bitirmişdir.

Ailəsi Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Fəaliyyəti Elmi-pedaqoji fəaliyyəti S. Kasiminin iş fəaliyyəti institutu bitirdiyi vaxtdan başlamışdır. 1991-ci ildən Soltan Hacıbəyov adına Musiqi Texnikumunda (indiki Sumqayıt Musiqi Kolleci) ümumi fortepiano müəlliməsi kimi çalışmış, eyni zamanda 1994–cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasında ümumi fortepiano müəlliməsi kimi də fəaliyyət göstərmişdir.

Pedaqoji fəaliyyətlə yanaşı elmi yaradıcılıqla da məşğul olmuşdur. İnstitutda çalışdığı müddətdə elmi məqalələr və tezislər nəşr etdirmişdir. 2003-cü ildə AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı olmuş, 2008-ci ildə "Azərbaycan musiqisinin inkişafında incəsənətin qarşılıqlı əlaqələrinin rolu" mövzusunda dissertasiya işini müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomunu almışdır. 2017-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adına layiq görülmüşdür.

Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda — Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Ukrayna, Belarus və Çuvaşıya kimi ölkə və regionlarda nəşr olunmuş 4 monoqrafiya, 120-dən artıq elmi məqalənin müəllifidir. Beynəlxalq konfrans, seminar, simpozium və forumlarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir.

Əmək fəaliyyəti 2001-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında laboratoriya müdiri, 2002-ci ildən baş müəllim, 2004-cü ildən dosent vəzifəsində işləmişdir. "Musiqinin tədrisi və onun metodikası", "Musiqi ədəbiyyatı", "Musiqi nəzəriyyəsi" fənnlərini, Sumqayıt Dövlət Universitetində "Gender sosiologiyası" fənnini tədris etmişdir. Elmi tədqiqat işlərində incəsənətin qarşılıqlı əlaqləri sahəsindən savayı, Qafqaz Albaniyası incəsənətini də tədqiq etmişdir. Bununla yanaşı S. Kasiminin tədqiqat obyektlərindən biri türkdilli Qafqaz xalqlarının musiqi mədəniyyətidir. Son illərdə bu mövzuya dair bir çox araşdırma və elmi tədqiqatlar aparmışdır.

2010-cu il Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında "İctimai Elmlər" kafedrasına müdir vəzifəsində çalışmışdır.

2011-ci il iyun ayında müsabiqə yolu ilə AMEA Memarlıq və İncəsənət İnstitutunda böyük elmi işçi kimi yer almış və 2014-cü ildə elmlər doktoru alimlik dərəcəsi adını almaq üçün "Azərbaycan musiqisinin türkdilli Qafqaz xalqlarının mədəniyyəti ilə müqayisəli tədqiqinin aspektləri" adlı mövzunu təsdiq etdirmişdir.

Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Türkiyənin İKSAD – İktisadi Kalkınma ve Sosyal Araştırmalar Enstitüsü'nün idarə heyətinin üzvüdür. Özbəkistan Turan Elmlər Akademiyasıın həqiqi üzvüdür.

Elmi məqalələri (ixtisarla) Восточная музыка. "Актуальные проблемы гуманитарных и естественных наук" Jurnalı. Moskva, № 5, may 2008, səh. 140–151. Азербайджан – арабские музыкальные взаимосвязи. "Harmony" elektron jurnalı, 2008, səh. 15–17. Qloballaşma və azərbaycançılıq. "Qloballaşma Şəraitində Kulturoloji İnnovasiyalar və Sosial–Mədəni İnkişaf" beynəlxalq konfransı materialları, Bakı, 2012, səh. 53–55. О некоторых проблемах изучения этнокультуры Азербайджана. "Культура как основной потенциал формирования положительного имиджа Кавказа" beynəlxalq elmi-praktik konfransı materialları. Pyatiqorsk, 2012, səh. 300–302. О типологических подходах к азербайджанской народной музыки. "Актуальные вопросы развития искусствоведения в России и странах СНГ" beynəlxalq elmi konfransı materialları. Kazan, 2014, səh. 376–380. Об этноспецифике Азербайджанского искусства. "Урал–Алтай: Через века в будущее" konfransı materialları. Ufa, 2014, səh. 309–311. Роль культуры тюркоязычных народов в искусстве Кавказа. "Традиционная культура тюркских народов: проблема и перспективы" beynəlxalq konfransı materialları. Kanaş, 2015, səh. 155–161. Этногенетическая общность обрядовой этнокультуры. "Традиционная культура народов Поволжья" konfransı materialları. Kazan, 2016, səh. 298–308. Türkdilli xalqların mədəniyyət və folkloruna dair. Uluslararası Kültür, Sanat, Folklor Kongresi materialları. Rostov-na-Donu, 2016, səh. 369–378. H. Əliyev Fondu və milli sərvətimiz muğam. "Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" simpoziumunun materialları. Bakı, 2018, səh. 247–253. Мугам Азербайджана в аспекте национальной музыки // Материалы II международной научно-практической конференции «Теоретические и практические основы искусства маком: проблемы и решения». Министерство культуры Республики Узбекистан, Directorate of International Festivals, Uzbek National Center of Maqom Art, The Institute of Uzbek National Musical Art named after Yunus Rajabi. — Zomin, 2024, səh. 143–151. Qədim Azərbaycan musiqi aləti – tütək (həmmüəlliflə). X Uluslararası Türk Sanatı, Tarihi ve Folkloru Kongresi materialları. 2018, səh. 21–27. Azərbaycan İncəsənətində qarşılıqlı əlaqələr. Antamara Uluslararası Multidisipliner Çalışmalar Kongresi. Van, 2018, səh. 296. Cultural Relations of Azerbaijan. "ATLAS" International Refereed Journal on Social Sciences, c. 4, № 8, 2018, səh. 177–182. Türkçe konuşan halkların kültür ve sanat yapıları. International Journal of Social, Humanities and Administrative Sciences, c. 5, № 15, 2019, səh. 188–194. On the music of the Turkic-speaking peoples of the Caucasus. "Музыка в пространстве медиакультуры" məqalələr toplusu. Krasnodar, 2019, səh. 216–221. Azərbaycanda Novruz bayramının tarixi kökləri və onun əsrlər boyu əhəmənilər, sasanilər tərəfindən təhrifi (K. Əlyeva ilə həmmüəllif). 3 Uluslararası Nevruz, Kültür ve Medeniyet Kongresi materialları. Bakı, 2020, səh. 225–237. Heydar Aliyev and music art of Azerbaijan. "Dialogue of Cultures in the Modern World" beynəlxalq konfransı materialları. Batumi, 2020, səh. 217–222. Гейдар Алиев и музыкальное искусство Азербайджана. Bişkek: "Улуу Тоолор", 2020, səh. 125–134. Азербайджано-арабские музыкальные связи. East European Science Journal, № 6 (70), 2021, səh. 7–14. Azerbaijan variants of general Turkic musical instrument gopuz. ICTM Symposium materialları. Almatı, 2021. Qarabağ müharibəsində vətənpərvərlik ruhu. "Cənubi Qafqazda reallıqlar" respublika elmi konfransı tezisləri. Bakı, 2022, səh. 37–39. Müasir Azərbaycan (XXI əsr) bəstəkarları. "Современное музыкальное образование-2022" beynəlxalq elmi-praktik konfransı materialları. 2022. Cultural development periods of Azerbaijan. New York, 2022, 68 səh. Azərbaycanın mədəniyyət beşiyi – Şuşa. X Beynəlxalq Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresi materialları. Bakı, 2023. Спасение. "Heydər Əliyev-100. Türk dünyasının dahi şəxsiyyəti". Bişkek, 2023, səh. 170–185. The art of Azerbaijani ashug in the context of researches and revelations. IRMC Proceedings Book. London, 2023, səh. 16–18. An Analysis of the Factors Contributing to the Popularization of A. Babayev's Song "Nazende Sevgilim". Journal of Music Theory and Transcultural Music Studies, c. 3, № 1, 2025, səh. 1–10. Azərbaycan muğamında əruz və aktual məsələlərin araşdırılması. (ingiliscə) Aruz in Azerbaijani Makam Music and examination of current issues. JMTTMS( Journal of Music Theory Transcultural Music Studies) Vol 2, No1 Summer 2024, səh.43-61, 30 iyun, 2024, DOI: 10.5281/zenodo.12748736 Scientific Analysis of the Musical Culture of Turkic-Speaking Peoples: Problems and Perspectives. 5th International Rast Music Congress materialları. Priştina, 2025, səh. 18. Azərbaycan incəsənətinin etnospesifikasına dair. AMEA Memarlıq və İncəsənət İnstitutu. "Müqayisəli sənətşünaslıq" səh. 33-38 2016. Azərbaycan etnomədəniyyəti və qərb etnoloqların evolyusiya nəzəriyyəsinə baxışı. AMEA "Elm və həyat" jurnalı, dekabr 2017 №1, səh. 34-38. Türkdilli Qafqaz xalqlarının kosmoqonik təsəvvürləri. Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi Respublika ənənəvi mədəniyyətin inkişaf mərkəzi. N. Q. Jiqanov adına Kazan Dövlət Konservatoriyası. "Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti" I Beynəlxalq Elmi Konfransının Materialları. 12 – 15 aprel 2017 il. səh. 220 – 223.

Monoqrafiyaları Azərbaycan musiqi mədəniyyəti Şərq və Qərb kontekstində / S. Kasimi; elmi red. R. A. Məmmədova; AMEA Memarlıq və İncəsənət İnstitutu, Bakı: Təknur, 2014, səh. 80, ISBN 978-9952-445-02-8 Qafqaz Albaniyasının mədəni inkişaf dövrləri.2018. Bakı, ISBN 978-9952-473-28-5 Cultural development periods of Azerbaijan (Azərbaycanın mədəni inkişaf dövrləri), 2022, New York, ISBN 978-625-7029-90-2 Azərbaycan musiqisinin inkişafı: Mədəni tarixi Kontekstdə Təhlil, Elm və Təhsil nəşriyyatı, 2025

Əsas elmi nailiyyəti Azərbaycan və Türk musiqisindəki janr paralellərini və Azərbaycan musiqisinin inkişafında incəsənətin qarşılıqlı əlaqələrini tədqiq etmişdir.

Bədii yaradıcılığı "Xatırla, yetər" adlı şeir kitabı (2014)

Mükafatları Dövlət və qeyri-dövlət təşkilatlarının müxtəlif mükafat, fəxri fərman və sertifikatlarına layiq görülmüşdür.

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin müvafiq qərarları ilə 27 yanvar 2015-ci ildə "Qızıl Qələm", 5 may 2015-ci ildə "Xan qızı Natavan" və 15 yanvar 2016-cı ildə "Xalqın nüfuzlu ziyalısı" media mükafatlarının laureatı adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan musiqişünasları