Kayl Alessandro Helgesen Viyallobos (; ) — Norveç müğənnisi. "Lighter" adlı mahnı ilə Bazeldə keçirilən 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və finalda 18-ci yeri tutmuşdur.
Həyatı Kayl Alessandro 10 mart 2006-cı il tarixində Levanger şəhərində, ispan ata və norveçli ananın ailəsində anadan olmuşdur. O, Steynhyer şəhərində böyümüşdür. 2017-ci ildə, on yaşında olarkən TV 2 kanalında yayımlanan "Norske Talenter" şousunun kastinqində iştirak etmişdir. Daha sonra "Allsang på grensen" kimi televiziya proqramlarında çıxış etmiş, bir neçə sinql və "Første kapittel" adlı debüt studiya albomunu buraxmışdır. Norveçin 2023-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turu olan "Melodi Grand Prix 2023"-də Kayl Alessandro, Kristian Hauks və Maqnus Vindjum ilə birlikdə "Umami Tsunami" adlı kollektiv layihə çərçivəsində çıxış etmişdir. Qrup "Geronimo" mahnısı ilə finala yüksəlmiş, lakin orada sonuncu yeri tutmuşdur. 2025-ci ildə o, "Lighter" mahnısı ilə solo ifaçı kimi yenidən "Melodi Grand Prix"də iştirak etmişdir. Seçim turunun nəticələrinə görə birinci yeri tutaraq, İsveçrənin Bazel şəhərində keçirilən "Avroviziya-2025" müsabiqəsində Norveçi təmsil etmək hüququ qazanmışdır.
Şəxsi həyatı Alessandronun ögey anası Ukraynanın Sumı şəhərindəndir. 2025-ci ilin avqust ayında o, biseksual olduğunu açıqlamış və norveçli model və təsirçi Brede Bremnes ilə münasibətdə olduğunu bildirmişdir.
Diskoqrafiya
Studiya albomları 2017: Første kapittel 2023: Evig & Alltid
Sinqllar 2017: «Din sang» 2017: «Boomerang» 2018: «Som du e» 2018: «Dødskul» 2018: «Señorita» 2018: «Hoodie» 2019: «Fly med meg» 2019: «Hun er forelska i lærer’n» 2019: «Mi Corazón» 2022: «Solo» 2023: «Geronimo» 2024: «Rodeo» 2024: «Loyal» 2024: «Pulse» 2024: «Kommer du?» 2025: «Lighter» 2025: «Model» 2026: «Rosary» 2026: «Backseat» 2026: «Halo»
İstinadlar
Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Norveç müğənniləri Kateqoriya:Norveç pop musiqiçiləri Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Norveçin "Avroviziya" təmsilçiləri