Çarlz (Çarli) Makqettiqan (; ) — İrlandiya müğənnisi. O, 1994-cü ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Həyatı Çarlz Makqettiqan musiqi karyerasına 1960-cı illərdə pablarda və rəqs meydançalarında çıxış edərək başlayıb. Yaradıcılığına İrlandiya xalq musiqisi güclü təsir göstərib. 1973-cü ildə "Jargon" qrupunu yaradıb və bu kollektiv Letterkennidəki folk festivalında uğurlu çıxışından sonra səs-yazma studiyası ilə ilk müqaviləsini imzalayıb. Üç sinql yazdırdıqdan sonra musiqiçi solo karyerasına davam edib.
1994-cü ildə Pol Harrinqton ilə dued şəklində Brendan Qrehemin "Rock’n'Roll Kids" ("Rok-n-roll uşaqları") mahnısı ilə Avroviziya müsabiqəsində qələbə qazanaraq, İrlandiyaya ardıcıl üçüncü qələbəsini bəxş edib və müsabiqə tarixində ilk dəfə 200-dən çox bal toplayıb.
Müsabiqədən sonra solo karyerasını davam etdirib. BBC və RTE kanallarında öz şəxsi verilişlərini aparıb. Avroviziyanın 50 illik yubileyinə həsr olunmuş "Congratulations" şousuna dəvət alıb. Hazırda Litrim qraflığının Dramşanbo şəhərciyində yaşayır.
2025-ci ilin dekabr ayında Çarlz Makqettiqan İsrailin 2026-cı il müsabiqəsində iştirakına etiraz olaraq və kuboku bir neçə gün əvvəl geri qaytaran Nemo ilə həmrəylik əlaməti olaraq kubokunu EBU-ya qaytaracağını açıqlayıb.
Diskoqrafiyası Songs of the Night (And Other Stories) (1986) Charlie McGettigan (1990) Rock 'N' Roll Kids - The Album (Paul Harrington ilə birlikdə) (1994) In Your Old Room (1998) Another Side of Charlie McGettigan (c. 2002) Stolen Moments (2006) The Man from 20 (2010) Some Old Someone (Stockfisch, 2019)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İrlandiyanın "Avroviziya" təmsilçiləri