Rusiya Elmlər Akademiyasının Elm və Texnologiya Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsi (; Azərbaycan dilində qısaca: REA ETTFMK, rus dilində qısaca: РНК ИФНиТ) — elm tarixi, elmin fəlsəfəsi, həmçinin texnologiya tarixi sahəsindəki tədqiqatları əlaqələndirən Rusiya elmi təşkilatı. Təşkilat Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqının (IUHPST) rəsmi milli üzvüdür və Rusiya Elmlər Akademiyasının (REA) himayəsi altında fəaliyyət göstərir.
Tarix 1957-ci ildə SSRİ Elmlər Akademiyası nəzdində Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqı (IUHPST) çərçivəsində Təbiətşünaslıq və Texnika Tarixçilərinin Sovet Milli İttifaqı yaradılmışdır.
Elmi cəmiyyət fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişmişdir: 1957 — Təbiətşünaslıq və Texnika Tarixçilərinin Sovet Milli İttifaqı 1969 — Təbiətşünaslıq və Texnika Tarixi və Fəlsəfəsi Sovet Milli İttifaqı 1988 — Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Sovet Milli Komitəsi 1992 — Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsi
Məqsəd və vəzifələr Komitənin əsas məqsədləri aşağıdakılardır: Rusiyada elm və texnikanın tarixi, fəlsəfəsi və sosiologiyası üzrə tədqiqatların əlaqəndirilməsi və inkişaf etdirilməsi. Rusiya elmi cəmiyyətinin Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqında (IUHPST) və onun struktur bölmələrində iştirak etməsi. Milli və beynəlxalq elmi konfransların təşkili. Beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinə köməklik göstərilməsi. Tarixi-elmi və fəlsəfi-elmi biliklərin populyarlaşdırılması.
Struktur və rəhbərlik Komitə Rusiya Elmlər Akademiyasının (REA) elm və texnika tarixi ilə məşğul olan institutlarından birinin (ənənəvi olaraq — REA S. İ. Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutu və ya REA S. İ. Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialı) bazasında fəaliyyət göstərir. Komitənin ali orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Rəhbərliyi isə ümumi yığıncaqda seçilən Büro həyata keçirir. Komitənin sədri Rusiyanı IUHPST-nin rəhbər orqanlarında iştirak edir.
Komitənin tərkibinə ölkənin müxtəlif elmi mərkəzlərindən olan elm tarixi, texnologiya tarixi, elm fəlsəfəsi, məntiq və metodologiya sahəsində çalışan aparıcı Rusiya mütəxəssisləri daxildir.
Fəaliyyət Konfrans və konqreslərdə iştirak: Komitə elm tarixi və elm fəlsəfəsi üzrə Beynəlxalq konqreslərdə iştirak etmək üçün milli nümayəndə heyətləri formalaşdırır və müraciətlər hazırlayır.
Rusiyada ümumrusiya və beynəlxalq konfransların keçirilməsi: 2022 — Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsinin I Beynəlxalq Konfransı 2024 — Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsinin II Beynəlxalq Konfransı 2026 — Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsinin III Beynəlxalq Konfransı
Ekspertiza və məsləhət işləri: Elm siyasətinin işlənib hazırlanmasında iştirak, tədqiqat proqramlarının və nəşrlərin ekspertizası.
Nəşriyyat fəaliyyəti: Elm və Texnika Tarixi və Fəlsəfəsi üzrə Rusiya Milli Komitəsinin Jurnalı Elmi əsərlərin və məqalə məcmularının nəşrinə köməklik göstərilməsi.
İstinadlar
Xarici keçidlər
rnchpst.ru — официальный сайт Российского национального комитета по истории и философии науки и техники. iuphst.org — официальный сайт Международного союза истории и философии науки (IUHPST). Комитет на сайте РАН. Журнал Комитета в РИНЦ
Kateqoriya:1957-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:1991-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Elm tarixi Kateqoriya:Elmin fəlsəfəsi Kateqoriya:Fəlsəfə təşkilatları