Ümmü Gülsüm bint Əbu Bəkr (; ) — Əbu Bəkrin ən kiçik qızı və tabiin dövrü mühəddisi.

Həyatı Əbu Bəkrin ölümündən bir neçə ay əvvəl Mədinədə dünyaya gəlmişdir. Əbu Bəkr ölüm döşəyində ikən onu Aişəyə tapşırmış və ona Ümmü Gülsüm adını da Aişə qoymuşdur.

Təlhə ibn Ubeydullah ilə ailə quran Ümmü Gülsüm, Təlhənin Cəməl döyüşündə qətlə yetirilməsindən sonra Əbdürrəhman ibn Abdullah əl-Məhzumi ilə evlənmişdir.

Onun Aişənin ölümdən sonra, Mədinədə vəfat etdiyi güman edilir.

Hədis elmindəki yeri Aişənin tərbiyəsi ilə böyümüş və ondan hədis rəvayət etmiş Ümmü Gülsüm, hədis tənqidçiləri tərəfindən "siqa" hesab olunmuş, Buxari, Müslüm, Tirmizi, İbn Macə və Nəsai ondan hədis rəvayət etmişlər.

İstinadlar