North West — baş ofisi Bakı şəhərində yerləşən Azərbaycanın tikinti və mühəndislik şirkətidir. Şirkət nəqliyyat və su təsərrüfatı infrastrukturu, mülki və kommersiya obyektləri, eləcə də sənaye müəssisələrinin tikintisi sahələrində fəaliyyət göstərir.

Tarix 2007-ci ildə təsis edilmiş North West fəaliyyətinin ilkin mərhələsində əsasən mülki və kommersiya təyinatlı tikinti layihələrinin icrası ilə məşğul olmuşdur. Sonrakı illərdə şirkət fəaliyyət istiqamətlərini genişləndirərək nəqliyyat infrastrukturu, su təsərrüfatı infrastrukturu, sənaye və logistika obyektləri, eləcə də layihə idarəetməsi və mühəndislik xidmətləri sahələrində fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyət miqyasının genişlənməsi ilə paralel olaraq şirkətdə 3,000-dən çox işçidən ibarət heyət formalaşmışdır.

2016-cı ildən etibarən nəqliyyat və su təsərrüfatı infrastrukturu layihələri şirkətin portfelində daha əhəmiyyətli yer tutmağa başlamışdır. 2019–2021-ci illərdə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Gədəbəy, Tərtər və Qazax şəhərlərində tullantı su təmizləyici qurğuların layihələndirilməsi, təchizatı və tikintisi layihəsi şirkətin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirdiyi ilk layihələrdən biri olmuşdur.

2021-ci ildən etibarən Qarabağ regionunda "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən yenidənqurma və infrastruktur layihələri şirkətin fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

2022-ci ildən başlayaraq North West Azərbaycanda və beynəlxalq bazarlarda investisiya yönümlü yeni biznes istiqamətlərini inkişaf etdirməyə başlamışdır.

Fəaliyyət istiqamətləri thumb|Körpülərin layihələndirməsi və tikintisi North West aşağıdakı sahələr üzrə mühəndislik, satınalma və tikinti (EPC) xidmət göstərir: Yollar və avtomagistrallar Körpülər, tunellər və mikrotunellər Su təchizatı və kanalizasiya sistemləri Suvarma və hidravlik qurğular Tullantı suların təmizlənməsi qurğuları thumb|Tunellərin layihələndirməsi və tikintisi Sənaye və logistika obyektləri Mülki və kommersiya tikililəri

Layihələr thumb|CAREC Dəhlizi 2

Beynəlxalq layihələr Özbəkistan: Mərkəz Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı Dəhlizi — 2 Qaraqalpaqstan Yol layihəsi (A380 Kunqrad — Daut-Ata Hissəsi) – 120 km (Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə).CAREC Dəhlizi 2 Monteneqro: One&Only Resort Portonovi otel kompleksinin tikinti işləri. Küveyt: Cənubi Al Mutlaa şəhərsalma və infrastruktur layihəsi.

Yerli və regional layihələr thumb|Füzuli Şəhərinin Daxili Yolları Füzuli şəhərinin daxili yollarının və kommunikasiya xətlərinin tikintisi Ağdam-Füzuli avtomobil yolunun 32.4–64.8 km hissəsinin inşası M3, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd və Biləsuvar arasındakı mövcud hissənin (km 32 — km 130) bərpası (Dünya Bankının maliyyələşdirməsi ilə) Ağdam şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması Gədəbəy, Tərtər və Qazax şəhərlərində çirkab su təmizləyici qurğularının layihələndirilməsi və qurulması (İslam İnkişaf Bankı) Mingəçevir, Salyan və Qax şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması Şirvan suvarma kanalının yenidən qurulması (1-ci və 3-cü mərhələlər) Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektorunun tikintisi layihəsi Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyicii qurğusunun tikintisi layihəsi

Beynəlxalq standartlar North West layihələrin idarə edilməsində Mühəndis-Məsləhətçilərin Beynəlxalq Federasiyasının (FIDIC) müqavilə standartlarına və prinsiplərinə uyğun fəaliyyət göstərir. Şirkətin layihələri Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi qurumların ekoloji və sosial standartları rəhbər tutularaq icra edilir.

İstinadlar

Xarici keçidlər Rəsmi veb-sayt LinkedIn səhifəsi Instagram səhifəsi

Kateqoriya:Azərbaycan şirkətləri