thumb|upright=1.0|Tutanhamonun qızıl maskasının alnındakı urey təsviri (kobra və kərkəs yanaşı) Urey və ya Ureus (, qədim yunan dilindəki forması: Οὐραῖος; misir dilli orijinalı: jʿr.t (iaret) — "hürən/şahə qalxan kobra") — Qədim Misirdə suverenlik, hökmdarlıq, ilahiyyat və ali dövlət hakimiyyətinin rəmzi olan, fironların baş geyiminə (alın hissəsinə) bərkidilən şaquli kobra ilanı fiquru.

Urey şaquli və bəzən yüksək dərəcədə stilizə olunmuş Misir kobrası formasında, Aşağı Misirin hamisi hesab edilən ilahə Uaceti ifadə edirdi. Fironların tacında ureyin yanında çox vaxt Yuxarı Misirin hamisi olan kərkəs ilahəsi Nexbetin təsviri də yer alırdı. Bu iki simvolun yanaşı qoyulması ölkənin vahidliyini — Aşağı və Yuxarı Misirin bir dövlət şəklində birləşməsini simvolizə edirdi.

Arxeoloji tapıntılar XIX əsrdə və XX əsrin əvvəllərində Misirşünaslar urey rəmzini yalnız qədim rəsmlərdən, qabartmalardan və heykəllərdən tanıyırdılar. Alimlər belə hesab edirdilər ki, urey firondan firona irsi olaraq keçən tək bir müqəddəs zinət əşyası olub. Lakin 1919-cu ildə Sakkarada aparılan qazıntılar zamanı firon II Senusertə məxsus, təmiz qızıldan hazırlanmış, üzəri qranit, əqiq (serdolin), firuzə və lazurit daşları ilə bəzədilmiş orijinal bir urey tapılmışdır. İkinci bütöv qızıl urey isə bundan üç il sonra — 1922-ci ildə Tutanxamonun məzarından (KV62) aşkarlanmışdır.

Mifologiyadakı rolu Misir mifologiyasında urey yalnız fironların baş geyimlərində deyil, həmçinin Vadjet ilahəsinin müxtəlif aspektlərini daşıyan digər ilahələrin (məsələn, Bast) və ali hökmdarlıq səlahiyyətinə malik ilahların (Hor və Set) təsvirlərində də onların alın hissəsində ucaldılmış şəkildə göstərilirdi.

Qalereya

İstinadlar

Biblioqrafiya

Alchin, Linda. "The Uraeus Symbol". Egyptian Gods. Siteseen Ltd, n.d. Web. Budge, Sir E. A. Wallis. An Egyptian Hieroglyphic Dictionary, in Two Volumes (Dover Publications, Inc, New York), c 1920, Dover Edition, c 1978. Large categorized listings of Hieroglyphs, Vol. 1, pp. xcvii–cxlvii (97–147, 50 pgs.). Dunand, Françoise, and Christiane Zivie-Coche. "Cosmonogies, Creation, and Time: Order and Disorder in Creation". Gods and Men in Egypt: 3000 BCE to 395 CE. Ithaca: Cornell U, 2004. 347. Print. . Egyptian Gods and Goddesses. Egyptian-Gods.org, n.d. Web. Hagen, Rose-Marie & Rainer Hagen. Egypt; People, Gods, Pharaohs (Barnes and Noble Books, New York), c 2003 (originally: Taschen, GmbH, Koln), c 2003, 1999, p. 202. Hardwick, Tom. "The Iconography of the Blue Crown in the New Kingdom". The Journal of Egyptian Archaeology, vol. 89, 2003, pp. 117–141. . Johnson, Sally J. (1990). The Cobra Goddess of Ancient Egypt: Predynastic, Early Dynastic, and Old Kingdom Periods. Kegan Paul International. . Reeves, Nicholas. Ancient Egypt: The Great Discoveries, a Year-by-Year Chronicle (Thames and Hudson Ltd, London), c. 2000. See "1920, The Golden Uraeus of Sesostris II from el-Lahun", p. 157.

Xarici keçidlər

Kateqoriya:Qədim Misir mifologiyasındakı mifik varlıqlar Kateqoriya:Qədim Misir simvolları Kateqoriya:Misir heroqlifləri Kateqoriya:Nil hövzəsi Kateqoriya:İlanların heykəlləri