thumb|"Sənətçinin poxu". "Sənətçinin poxu" – 1961-ci ildə Pyero Manzoni tərəfindən yaradılmış antisənət əsəri. Əsər hər biri 30 qramlıq nəcislə doldurulduğu bildirilən, 4,8 x 6,5 sm ölçüsündə olan 90 ədəd konserv qutusundan ibarətdir. Qutuların üzərisində italyan, ingilis, fransız və alman dilində olan bu sözlər yer alır:
İlham və təsvir Manzoni bu əsəri yaratdığı dövrdə incəsənət yaradıcılığı və insan bədəni arasındakı əlaqəni araşdıran əsərlər yaratmaqla məşğul idi. Məsələn, onun "Sənətçinin nəfəsi" adlı şarlar seriyasına öz nəfəsi ilə doldurduğu şarlar daxil idi. Manzoni 1961-ci ilin dekabrına dostu Ben Vatyeyə yazdığı məktubda yazmışdır:
Sənətçinin digər dostu Enriko Bay demişdir ki, bu konserv qutuları "sənət dünyasına, sənətçilərə və sənət tənqidinə açıq formada istehza ilə yanaşmaq" üçün nəzərdə tutulmuşdu. "Sənətçinin poxu" Karl Marksın əmtəə fetişizmi ideyası və Marsel Düşanın redimeydləri ilə müqayisə olunur. 2021-ci ilin sentyabrında sənətçi Geyvin Turk "Sənətçinin sidiyi" adlı əsər yaratmışdır: öz sidiyini konservləşdirmiş və satmışdır.
Tərkibi Manzoninin dostlarından biri Agostino Bonalumi iddia etmişdir ki, konserv qutularının içərisində əsl nəcis yox, sadəcə gips var. Qutular poladdan hazırlandığı üçün rentgendən keçirilə bilmir və qutunu açmaq dəyərinin itməsinə səbəb olacaq. Bu səbəbdən əsərinin gerçək tərkibi bilinmir.
Bernard Bazil 1989-cu ildə qismən açılmış bir qutunu "Pyero Manzoninin açılmış konserv qutusu" adı ilə sərgiləmişdir, lakin tərkibinin nə olduğu müəyyələşdirilməmişdir. 1994-cü ildə incəsənət kolleksiyaçısı Con Hunov Danimarkanın Ranners şəhərində yerləşən bir incəsənət muzeyinin konserv qutularından birini yüksək temperaturda nümayiş etdirdiyini bildirmiş və muzeyi məhkəməyə vermişdir.
Dəyəri Konserv qutularının 1961-ci ildəki orijinal dəyəri onların çəkisinin qızıla ekvivalentinə bərabər idi (1961-ci ildə bir konserv qutusunun dəyəri 37 dollar idi). Konserv qutularından biri 23 may 2007-ci ildə 124 min avro qarşılığında "Sotheby's" tərəfindən satılmışdır. 83 nömrəli konserv qutusu 2008-ci ilin oktyabrında 97.250 avro qarşılığında alıcı tapmışdır. 54 nömrəli konserv qutusu 16 oktyabr 2015-ci ildə 182.500 avro qarşılığında satılmışdır.
İstinadlar
Kateqoriya:1961-ci ilin əsərləri Kateqoriya:Nəcis haqqında əsərlər Kateqoriya:Konseptualizm