Hindu müqəddəsləri () — Hinduizmdə və digər hind dinlərində mənəvi cəhətdən görkəmli şəxsiyyətləri, müqəddəsləri ifadə etmək üçün istifadə olunan anlayış.

Etimologiyası "Sant" sözü ingilis dilinə çox vaxt etimoloji olaraq yaxın göründüyü üçün "saint" (müqəddəs) kimi tərcümə olunur. Lakin ingilis dilindəki "saint" sözünün mənşəyi latın dilindəki "sanctus" sözünə dayandığı halda, "sant" sözü sanskrit dilindəki "sat" ( — "həqiqət" və ya "reallıq") sözünün bir variantıdır. Bu baxımdan, etimoloji olaraq "sant" dini inanclara görə mütləq həqiqəti dərk etmiş şəxs deməkdir.

İstifadəsi XV və XVI əsrlərdə xüsusilə Şimali Hindistanda tanrıya bhakti (məhəbbət və bağlılıq) yolu ilə ibadət edən şair və bəstəkarlar "sant" adlandırılırdı. Onlar hər hansı təsisatlaşmış, rəsmi dini qaydalara qarşı çıxır və zaman keçdikcə əksərən qu rütbəsinə yüksələrək müqəddəs hesab olunurdular. Bu şəxsiyyətlərin ən mühüm xüsusiyyəti həm hinduistlərə, həm də müsəlmanlara xitab etmələri və bu iki icma arasında kəskin fərqlər qoymamaları idi.

Müasir dövrdə bu termin həm də hinduizmdəki "Sant Mat" cərəyanının banislərini ifadə etmək üçün, Pəncab regionunda isə ümumiyyətlə tərki-dünya həyatı sürən müqəddəs insanları adlandırmaq üçün istifadə olunur.

İstinadlar

Kateqoriya:Hindu müqəddəsləri Kateqoriya:Hindular Kateqoriya: Müqəddəslik (xristianlıq)