thumb|Çaitanya Mahaprabhu — Qaudiya vişnuizminin banisi. Qaudiya Vayşnavizmi, Qaudiya vişnuizmi () və ya Çaytanya vişnuizmi — Çaitanya Mahaprabhunun (1486–1534) təliminə əsaslanan vayşnavizm hindu məzhəbi. "Qaudiya" anlayışı Benqalın Qaura və ya Qauda regionuna (indiki Qərbi Benqaliyanın Malda rayonu və Banqladeşin Racşahi dairəsi), "vişnuizm" isə "Vişnuya sitayiş etmək" mənasına gəlir. Qaudiya vişnuizmi Krişnaizmin, yəni Krişna mərkəzli vayşnavizm ənənələrinin bir hissəsidir.
Təlimin teoloji əsası əsasən Çaytanyanın ilk ardıcılları olan Sanatana Qosvami, Rupa Qosvami, Civa Qosvami, Qopala Bhatta Qosvami və digər şəxslər tərəfindən şərh olunduğu şəkildə "Bhaqavat Gita" və "Bhaqavata Purana"ya (ənənə daxilində Şrimad Bhaqavatam kimi tanınır) söykənir.
Fəlsəfi anlayışlar
Canlı varlıqlar Qaudiya vişnuizmi fəlsəfəsinə görə şüur maddənin məhsulu deyil, ruhun təzahürüdür. Heyvanlar da daxil olmaqla bütün canlı varlıqların (civaların) ruhu vardır. Bu ruh onların mövcud fiziki bədənindən fərqlənir; ruhun təbiəti hər hansı bir doğum və ya ölüm olmadan əbədi, əzəli, dəyişməz və məhvedilməzdir. Bədən öldükdə ruh ölmür, yeni bir bədənə keçərək təzədən dünyaya gəlir. Dünyanın illyuzor təbiətinə (Maya) qapılan ruhlar bu və ya digər planetlərdəki müxtəlif 8,4 milyon yaşayış növü arasında karma qanunlarına və fərdi arzulara müvafiq olaraq dəfələrlə yenidən doğulurlar. Bu, Hinduizm, Sikhizm və Buddizm inancında yer alan sansara anlayışı ilə eynilik təşkil edir.
Sansara dövranından xilas olmağın (Mokşa kimi tanınır) müxtəlif mənəvi praktika və ibadətlərlə mümkün olduğuna inanılır və bu, ümumilikdə həyatın ali məqsədi hesab edilir. Bununla belə, Qaudiya vişnuizmində fərdin son məqsədi yenidən doğuş dövrəsindən azad olmaqdan (mokşadan) ziyadə Allaha olan xalis sevgi və sədaqətə yetişməkdir. Bu vəziyyət bhakti adlanır.
Ali Varlıq (Allah) Qaudiya vişnuizminin ön plana çıxan cəhətlərindən biri Krişnaya Allahın bütün avatar təzahürlərinin mənbəyi kimi sitayiş edilməsidir. Bu inanc "Bhaqavata Purana"dakı "krsnastu bhaqavan svayam" ("Krişna Allahın Özüdür") bəndinə əsaslanır. Civa Qosvami bu inancı Qaudiya vişnuizmi məktəbinin teologiyasında "paribxaşa-sutra" (qəti qayda) və "mahavakya" (rəhbər müddəa) kimi tərif edir.
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
An overview of Gaudiya Vaishnavism – (gaudiya.com) An ecstatic ride across ancient spiritual Bengal: Nadia & Kalna Archives Official statement by Vishwesha Tirtha on link between the line of Madhvacharya and Gaudiya Vaishnavism Is Gaudiya Vaishnavism in the diksa line of Madhvacharya?
Rəsmi veb-saytlar
Kateqoriya:Qaudiya Vayşnavizmi Kateqoriya:Kasta əleyhinə hərəkatlar Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Çaitanya Mahaprabhu Kateqoriya:Monoteizm Kateqoriya:Monoteist dinlər Kateqoriya:Klassik teizm