Yasin Hima — Əlcəzairli keçmiş peşəkar futbolçu. Yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Klub karyerası

Hima Fransanın Lion şəhərində anadan olmuşdur. Futbolçu karyerasına F.C. Point Du Jour klubunun gənclər komandasında başlamışdır. Daha sonra Lion klubunun akademiyasına qoşulmuşdur.

2004-cü ildə Hima Lion klubunun əsas komandasında yer alsa da, Liqa 1-də meydana çıxmamışdır. 2005–06 mövsümündə Ligue 2 klubu Şatoruya icarəyə verilmiş və burada 27 liqa oyununda 6 qol vurmuşdur.

2007-ci ildə İsveçrənin Aarau klubuna icarəyə verilmişdir. Həmin mövsüm İsveçrə Super Liqasında 15 oyunda meydana çıxmışdır.

2007–08 mövsümündə Hima Səudiyyə Ərəbistanının Əl-Vətəni klubunda çıxış etmiş, liqada 25 oyunda 2 qol vurmuşdur.

2008-ci ildə İsveçrənin Bellinzona klubuna keçmişdir. İki mövsüm ərzində klubun heyətində İsveçrə Super Liqasında 51 oyuna çıxaraq 5 qol vurmuşdur.

2010-cu ildə Belçikanın Eupen klubuna transfer olunmuş və 2010–11 mövsümündə 5 liqa oyununda iştirak etmişdir.

2011-ci ilin fevralında Eupen ilə müqaviləsini ləğv etdikdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna keçmişdir. Hima mövsümün sonuna qədər klubun heyətində 7 liqa oyununda meydana çıxmışdır.

2011-ci ilin avqustunda ES Sətif klubuna qoşulmuşdur. Lakin mövsümöncəsi hazırlıq zamanı məşqçilər korpusunu razı sala bilmədiyi üçün iki həftə sonra klubdan ayrılmışdır.

Bir il klubuz qaldıqdan sonra 2012-ci ilin iyununda İsveçrənin Vil klubu ilə üçillik müqavilə imzalamışdır. 2012–13 mövsümündə İsveçrə Çelenc Liqasında 13 oyunda meydana çıxmış və 1 qol vurmuşdur.

2013-cü ilin fevralında Hima Fransanın həvəskarlar çempionatında çıxış edən Monts-d'Or Azerg klubuna keçmişdir. Həmin ilin iyulunda isə Lion-Dyüşer klubuna transfer olunmuşdur. 2013–14 mövsümündə 24 liqa oyununda 4 qol vurmuş, növbəti mövsümdə isə 11 oyunda 3 qol vurmuşdur.

Milli karyerası

Hima ilk dəfə 7 avqust 2006-cı ildə Əlcəzair milli futbol komandasına baş məşqçi Jan-Mişel Kavalli tərəfindən dəvət edilmişdir.

15 avqust 2006-cı ildə Qabon milli futbol komandası və İstr FK ilə yoldaşlıq görüşləri üçün heyətə çağırılmışdır. Hima İstrə qarşı keçirilən oyunda ilk dəfə milli komandanın formasını geyinmiş və 15-ci dəqiqədə qol vurmuşdur.

Növbəti gün Qabona qarşı keçirilən yoldaşlıq oyununda da start heyətində meydana çıxmışdır. 2006-cı ilin noyabrında Burkina-Fasoya qarşı oyunda 77-ci dəqiqədə meydana daxil olaraq ikinci milli oyununu keçirmişdir.

Ümumilikdə Hima Əlcəzair milli komandasında 2 oyun keçirmiş və qol vurmamışdır.

Karyera statistikası

Klub Mövsüm Çempionat Milli kubok Liqa kuboku Avropa Cəmi Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Lion II 2003–04 CFA 20 0 — — 20 0 2004–05 CFA 29 2 — — 29 2 2006–07 CFA 13 1 — — 13 1 Şatoru (icarə) 2005–06 Liqa 2 27 6 — — 27 6 Aarau (icarə) 2006–07 İsveçrə Super Liqası 15 0 — — 15 0 Əl-Vətəni 2007–08 Səudiyyə Ərəbistanı Peşəkar Liqası 25 2 — — 25 2 Bellinzona 2008–09 İsveçrə Super Liqası 25 1 — — 25 1 2009–10 26 4 1 0 — — 27 4 Eupen 2010–11 Belçika Pro Liqası 5 0 — — 5 0 Neftçi 2010–11 Azərbaycan Premyer Liqası 7 0 0 0 — — 7 0 Vil 2012–13 İsveçrə Çelenc Liqası 13 1 — — 13 1 Monts-d'Or Azerg 2012–13 CFA 11 1 — — 11 1 Lion-Dyüşer 2013–14 CFA 24 4 1 0 — — 25 4 2014–15 11 3 1 0 — — 12 3 Karyera üzrə cəmi 251 25 3 0 0 0 0 0 254 25

Milli komanda statistikası

Milli komanda İl Oyun Qol Əlcəzair 2006 2 0

Həmçinin bax

Neftçi PFK Azərbaycan Premyer Liqası Əlcəzair milli futbol komandası

İstinadlar

Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Əlcəzair idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Eypen FK futbolçuları Kateqoriya:Əlcəzair milli futbol komandasının oyunçuları Kateqoriya:Əlcəzairin kişi futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Lionda doğulmuş futbolçular Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları