Klaud Georq Bouz-Layon (; ) — britaniyalı zadəgan və torpaq mülkədarı. Britaniya kraliça-konsortu Yelizaveta Bouz-Layonun atası və Britaniya kraliçası II Yelizavetanın babasıdır. Qlamis Lordu olaraq da tanınır.

Həyatı 14 mart 1855-ci ildə Çelsidə XIII Stratmor və Kinqxorn qrafı Klaud Bouz-Layon və Fransiska Dora Smitin ilk övladı kimi dünyaya gəldi. İton kollecində təhsil aldıqdan sonra 1876-cı ildə zabit rütbəsi aldı və bir neçə il xidmət etdi. 16 iyul 1881-ci ildə Surreydə Sesilya Kavendiş-Bentinklə evləndi. Bu nikahdan cütlüyün 10 övladı doğuldu.

Violetta Bouz-Layon (1882–1893), difteriya səbəbilə öldü. Mariya Fransiska Bouz-Layon (1883–1961) Patrik Bouz-Layon (1884–1949) Con Bouz-Layon (1886–1930) Aleksandr Fransisk (1887–1911), beynindəki şiş səbəbilə yuxuda öldü. Ferqus Bouz-Layon (1889–1915) Roza Konstansa Bouz-Layon (1890–1967) Mixail Klaud Hamilton Bouz-Layon (1893–1953) Yelizaveta Angela Marqarita Bouz-Layon (1900–2002) David Bouz-Layon (1902–1961)

1904-cü ildə atasının vəfatından sonra Stratmor və Kinqxorn mülkünün sahibi oldu və qraf ünvanı aldı.

1923-cü ilin aprelində ən kiçik qızı Yelizaveta Angelanı Britaniya kralı V Georqun ikinci oğlu York hersoqu Albertlə evləndi. Bu nikahdan doğulan ilk nəvəsi Şahzadə Yelizaveta məhz onun London Mayfeyrdəki evində dünyaya gəldi.

1936-cı ildə kürəkəni VI Georq adıyla Britaniya taxtına əyləşdi və qızı kraliça ünvanı aldı. Onların 1937-ci ildə baş tutan tacqoyma mərasimində kraliçanın atası kimi Bant ordeniylə mükafatlandırıldı və Lordlar palatasında öz yerini aldı.

Son illərində eşitmə qabiliyyətini itirən Klaud Bouz-Layon 7 noyabr 1944-cü ildə yaşadığı Qlamis qəsrində bronxit səbəbilə vəfat etdi.

Şəcərəsi

Mənbə

Ədəbiyyat Forbes, Grania, My Darling Buffy: The Early Life of The Queen Mother (Headline Book Publishing, 1999) Forrest, Denys Mostyn (1986). St. James's Square: People, Houses, Happenings. London: Quiller Press. pp. 135, 182. ISBN 0-907621-74-0 Elizabeth, Queen (2013). Counting One's Blessings: Selected Letters of Queen Elizabeth the Queen Mother. edited by William Shawcross. London: Pan Books. p. 146. ISBN 978-0-330-53577-9 Vickers, Hugo, Elizabeth: The Queen Mother (Arrow Books/Random House, 2006)

İstinadlar