Amil Xaliddin oğlu Ağacanov () — Azərbaycan futbol məşqçisi və keçmiş qapıçısı, "Qəbələ" FK-nin baş məşqçisi.
Həyatı Amil Ağacanov 24 iyul 1983-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olub. 1990-cı ildən 1995-ci ilə qədər ailəsi ilə birlikdə Almaniyanın Vernoyxen şəhərində yaşayıb. O, 7 yaşında Vernoyxenin yerli məktəbin futbol bölməsində futbol oynamağa başlayıb. Daha sonra o, Azərbaycana qayıdıb.
O, Qazax futbol məktəbinin məzunudur. 1997-ci ildə "Göyəzən" klubunun uşaq futbol bölməsində ilk addımlarını atmağa başladı. İlk mentor Namiq Bayramov idi. 2000-ci ildə Azərbaycan çempionatının həvəskar futbol liqasında "Göyəzən" komandasında oynayıb.
Klub karyerası O, peşəkar futbolçu karyerasına 2001-ci ildə Qazax şəhərinin "Göyəzən" klubunda başlayıb. 2004-cü ilə qədər klubun əvəzedici komandasında respublika çempionatının birinci liqasında oynayıb. 2004-cü ildən Qazaxın əsas komandasına qoşulub. Daha sonra o, "Olimpik", "Turan", "Bakı", "Masallı", MOİK, "Standard", "Muğan" və AZAL kimi Azərbaycan klublarının şərəfini qoruyub. 2013-cü ilin may ayından 2015-ci ilin iyul ayına qədər Zaqatala şəhərindən olan Premyer Liqa klubu "Simurq" da oynayıb və bu klubla iki illik müqavilə imzalayıb. 2016-cı ildə "Zaqatala" klubuna qoşulub və 2018-ci ildə futbolçu karyerasını bitirib.
AZAL-ın oyunçusu kimi Ağacanov 2011/2012 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirak etmək üçün UEFA -ya təqdim etdiyi Bakı komandasının müraciət siyahısına daxil edilib.
Beynəlxalq karyerası 2004–2005-ci illər arasında o, 8 dəfə Azərbaycan gənclər komandasına çağırılıb.
Məşqçi karyerası Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan Ağacanov "Araz-Naxçıvan"da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. O, daha sonra Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.
25 iyun 2024-cü ildə Amil Ağacanov "Qəbələ"nin qapıçılar üzrə məşqçisi təyin edilib və onunla 3 illik müqavilə imzalanıb. I Liqa XIV turunda "İmişli" ilə matçın 49-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb.
1 sentyabr 2026-cı ildə "Qəbələ"də Amil Ağacanov və Miloş Yevtiçdən ibarət məşqçilər duetinin bir hissəsi olub. Komanda bu duetin rəhbərliyi ilə ilk matçında, Misli Premyer Liqasının IV turda azarkeşləri önündə "İmişli"yə 2:1 hesabıyla qalib gəldi və mövsümdə ilk qələbəsini qazandı.
İstinadlar
Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Viləş Masallı FK futbolçuları Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Futbol qapıçıları Kateqoriya:Qəbələ FK məşqçiləri