Məmmədağa Nəzirov () — İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbçi və partizan. Krımda fəaliyyət göstərən Azərbaycan partizan dəstələrindən birinə rəhbərlik edib. O, 1944-cü ildə Şimali İtaliyada almanlar tərəfindən güllələnib.

Həyatı Məmmədağa Nəzirov 1921-ci ildə Azərbaycan SSR-in Dəvəçi rayonunda (indiki Şabran rayonu) anadan olub. 1937-ci ildə Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub. Ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyaraq əmək fəaliyyətinə başlayıb, Dəvəçi rayon Komsomol Komitəsində çalışıb.

İkinci Dünya müharibəsində 1941-ci ildə İkinci Dünya müharibəsinin başlamasından sonra Məmmədağa Nəzirov könüllü olaraq cəbhəyə gedib. Müxtəlif döyüşlərdə iştirak edib, o cümlədən Xarkov, Jitomir və Krım istiqamətlərində döyüşüb.

Krımda yaralanaraq almanlara əsir düşüb. Əsirlikdən qaçdıqdan sonra partizan hərəkatına qoşulub və 8-ci Azərbaycan partizan dəstəsinin tərkibində fəaliyyət göstərib. Sonradan dəstənin rəhbərlərindən biri olub.

Ölümü və xatirəsi 1944-cü ildə Məmmədağa Nəzirov Şimali İtaliyada alman əsir düşərgəsində azərbaycanlı əsirlər arasında antifaşist fəaliyyətlə əlaqədar həbs edilib. 16 mart 1944-cü ildə güllələnərək öldürülüb.

Şabran şəhərində onun büstü qoyulub. Həmçinin Şabranda onun adını daşıyan park və 4 nömrəli tam orta məktəb fəaliyyət göstərir.

İstinadlar

Kateqoriya:Azərbaycan partizanları