Cənnətin İqamətgahı — rejissor Kamran Qasımov tərəfindən 2026-cı ildə çəkilmiş sənədli-musiqili-etnoqrafik filmdir. Film Ordubadın tarixi, mədəni irsi, adət-ənənələri və folklorunu əks etdirir.
Məzmun Cənnətin İqamətgahı sənədli-musiqili-etnoqrafik filmi Ordubad şəhərinin və onun ucqar kəndlərinin tarixini, adət-ənənələrini, mədəni irsini və gündəlik həyatını musiqi və etnoqrafik materiallar vasitəsilə təqdim edir. Film Ordubadın əsrlər boyu formalaşmış, lakin geniş şəkildə tanınmayan adət-ənənələrinin, folklor nümunələrinin və yerli xüsusiyyətlərinin araşdırılmasına həsr olunub.
Filmdə Ordubad sakinlərinin həyat tərzi, bölgədə qorunub saxlanılan adət-ənənələr, tarixi artefaktlar və yerli mədəniyyətin müxtəlif elementləri araşdırılır. Ordubadda yetişdirilən meyvələr, xüsusilə bölgənin qədim bağçılıq ənənələri də filmin etnoqrafik süjetinin bir hissəsini təşkil edir. Qoz ağacları ilə qədim Ordubad evlərinin qapıları arasındakı əlaqə, qədim məscidlərin minarəsiz inşa edilməsinin səbəbləri, bölgədəki çeşmələr və digər yerli xüsusiyyətlər film boyu izah edilir.
Filmdə həmçinin Ordubadın tarixən Cənnətin İqamətgahı adlandırılması ilə bağlı yanaşmalar araşdırılır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ordubadı Azərbaycanın incisi adlandırması da filmin əsas mövzularından biri kimi təqdim olunur.
2026-cı ilin fevralında Ordubadın ICESCO-nun ilkin siyahısına daxil edilməsi ilə bağlı məlumat da filmin məzmununda yer alır. Beləliklə, Cənnətin İqamətgahı Ordubadı yalnız tarixi məkan kimi deyil, onun musiqisi, folkloru, memarlığı, adət-ənənələri, təbiəti və sakinləri ilə bütöv etnoqrafik obraz kimi təqdim edir.
Film haqqında
17 sentyabr 2026-cı ildə Ordubad Şəhər Mədəniyyət Sarayında filmin təqdimatı keçirilib
3 Oktyabr 2026-cı ildə Nizami Kino Mərkəzində filmin ikinci premyerası keçirilib.
Yaradıcı heyət Ssenari müəllifi və quruluşçu rejissor: Kamran Qasımov Təsvir rejissoru: Arif Zeynalov Bəstəkar: Siyavuş Kərimi Montaj rejissoru: Elçin Şükür Montaj və rəng tənzimləyicisi: İlqar Şükürov Səs supervayzerləri: Samir Əsədov, Uğur Səfərov Operator İlqar Məhərrəmov, Rafət Kərimov Qrafik dizayn: Zaur Rəcəbov Mahnıların ifaçısı: İlahə Murad Ud: Araz Rzayev Zərb alətləri: Sultan Əliyev Gitara: Saleh Məmmədov Nəfəs alətləri: Şirzad Fətəliyev Kadrarxası mətn: Elxan Cəfərov Redaktor: Aytən Nəsirli Maliyyə direktoru: Sevinc Xəlilova Prodüser: Kamran Qasımov
Məsləhətçilər Mirşahin Ağayev Cəmil Quliyev Cəbi Bəhramov — tarix üzrə fəlsəfə doktoru Aytən Cəfərova — filologiya üzrə fəlsəfə doktoru
Musiqi Ud: Araz Rzayev İfa edir: Əmrah Orucov Zərb alətləri: Sultan Əliyev Gitara: Saleh Məmmədov Nəfəs alətləri: Şirzad Fətəliyev
Tərəfdaşlar ISESCO-nun Bakı Regional Ofisi Qafqaz Müsəlmanları İdarəsi Real Təhlil İnformasiya Mərkəzi
Xarici keçidlər “Cənnətin iqamətgahı” — yaddaş, məkan və musiqinin sintezi Cənnətin iqamətgahı... “Cənnətin iqamətgahı” filminin treyleri hazırdır "Cənnətin iqamətgahı" filminin rejissoru: Ordubadı bir ekran əsəri ilə tam əhatə edə bilmərik Ordubad haqqında “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili filmin istehsalına başlanır "Cənnətin iqamətgahı" - Ordubad haqqında filmin çəkilişləri davam edir. Payızın ən maraqlı etnoqrafik-musiqili layihəsi təqdim olunacaq.
İstinadlar