İohann Filipp (; ) — ilk Saksen-Altenburq hersoqu.
25 yanvar 1597-ci ildə Saksoniya kürfürstlüyünə bağlı Torqauda dünyaya gəldi. Atası Saksen-Veymar hersoqu I Fridrix Vilhelm, anası isə onun ikinci xanımı Noyburqlu Anna Mariyadır. Atasının ilk evliliyindən 3 oğlu dünyaya gəlsə də, bunlar körpə yaşlarında vəfat etmişdi. bu səbəblə, doğuşdan atasının varisi olaraq görülürdü.
Ancaq hələ 5 yaşında ikən 1602-ci ildə atası anidən vəfat etdi. O və qardaşları azyaşlı olduğu üçün taxt-tac əmisi II İohanna qaldı. Ancaq bu vəziyyətdən narazı qalan əsilzadələr ertəsi il azyaşlı İohannın adından taxt iddiası qaldırdılar. Dövlət işlərindən uzaq olan əmisi isə bu etirazlara cavab olaraq 1603-cü ildə Saksen-Altenburq bölgəsini ata mülkü olaraq qardaşı oğluna təslim etdi. Beləcə, Saksen-Altenburq hersoqluğunun əsası qoyuldu.
Ancaq hələ də azyaşlı olması səbəbilə, Saksoniya kürfürstləri II Kristian və I Con Georq naib olaraq mülklərini idarə etdi. 1618-ci ilədək davam edən naiblik dövrü boyunca təhsilini tamamladı. 1613-cü ildə Leypsiq Universitetinin dekanı oldu.
1618-ci ildə İohann Filipp təkbaşına hakimiyyəti ələ aldı. İlk iş olaraq gələcək varisinin dünyaya gəlməsi üçün evləndi. 25 oktyabr 1618-ci ildə Altenburqda keçmiş naibləri olan Saksoniya kürfürstlərinin dul qardaşı arvadı olan Braunşveyqli Yelizaveta ilə evləndi. Cütlüyün bu nigahdan yalnız 1 qızı dünyaya gəldi.
Yelizaveta Sofiya (1619-1680)
1638-ci ildə varissiz olan Saksen-Eisenax hersoqu Con Ernestin vəfatının ardından Koburq, Nyuştadt, Römhild, Bad-Rodax və Hildburqhauzen şəhərlərinin idarəsini də ələ aldı.
Ölümündən öncə yeganə övladı olan qızı Yelizaveta Sofiyanı Saksen-Altenburq mülkünün varisi elan etdi. Ancaq şərtnaməyə görə, yalnız ailənin kişi şəcərəsi tükəndiyi təqdirdə qızı ata mülkünə sahib ola bilərdi.
1 aprel 1639-cu ildə Altenburqda vəfat etdi və taxt-tac kiçik qardaşı II Fridrix Vilhelmə miras qaldı.
Mənbə
Ədəbiyyat
E.Pasch: Johann Philipp. In: Allgemeine Deutsche Biographie (ADB). Band 14, Duncker & Humblot, Leipzig 1881, S. 366–368
İstinadlar