II Ernest Lüdviq (; ) — Saksen-Mayninqen hersoqu.
Həyatı 8 avqust 1709-cu ildə Koburqda dünyaya gəldi. Atası Saksen-Mayninqen hersoqu I Ernest Lüdviq, anası isə Saksen-Qota-Altenburq hersoqu I Frederikin qızı Doroteya Mariyadır. 1724-cü ilin martında böyük qardaşı Jozef Bernhardın vəfatından sonra taxtın vəliəhdi oldu. Cəmi bir neçə ay sonra atası vəfat etdi və II Ernest Lüdviq taxta çıxdı.
Ancaq o əsnada hələ 15 yaşında idi və bu səbəblə, əmiləri Fridrix Vilhelm və Anton Ulrix naib olaraq xidmət etdilər. Ancaq hələ naiblik dövrü bitmədən 1729-cu ildə vəfat etdi. Heç vaxt evlənmədi və övladı olmadı.
Ölümünün ardından azyaşlı qardaşı Karl Frederik taxta çıxdı.
Mənbə
Ədəbiyyat
Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.
Rudolf Armin Human, Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl, Die Herzoge von Sachsen-Altenburg, Bozen, 1917, Neudruck Altenburg, 1992. Johann Samuel Ersch, Allgemeine Encyclopädie der Wissenschaften und Künste, p. 300. (Digitalisat)
İstinadlar
Kateqoriya:XVIII əsr şəxsləri