Stokmarknes (Şimali Sami dilində: Njárga) — Norveçin Nordland əyalətində yerləşən Hadsel bələdiyyəsinin şəhəri və inzibati mərkəzidir. Şəhər Hadselya adasının şimal sahilində və onun yaxınlığında yerləşən kiçik Böröya adasında yerləşir. Şəhərin sahəsi 2,57 km², əhalisi 2023-cü ildə 3.496 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.360 nəfər olub. Stokmarknes 2000-ci ildə şəhər statusu alıb.

Stokmarknes Hurtigruten sahil ekspressi şirkətinin baş qərargahına və Sahil Ekspressi Muzeyinə ev sahibliyi edir. Bütün Vesteralen bölgəsinə xidmət göstərən yerli xəstəxana — Nordland Xəstəxanasının Vesteralen bölməsi də şəhərdə yerləşir. Stokmarknes Norveçin Madrugada musiqi qrupunun doğma şəhəridir. Tarixi Hadsel kilsəsi Stokmarknesdən təxminən 5 km şərqdə yerləşir.

Böröya körpüsü və Hadsel körpüsü Stokmarknesi şimalda yerləşən Böröya və Langöya adaları ilə birləşdirir. Stokmarknes hava limanı, Skagen Langöya adasında, Stokmarknesdən körpülərin o biri tərəfində yerləşir.

Media qalereyası

Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan

İstinadlar

Xarici keçidlər Stokmarknes orta məktəbi Stokmarknesdən veb-kamera görüntüləri

Kateqoriya:Norveç şəhərləri