Potsdam Şəhər Sarayı () — Almaniyanın Potsdam şəhərində yerləşən, Brandenburq markqrafları və kürfürstləri, daha sonra isə Prussiya kralları və Alman imperatorları tərəfindən qış iqamətgahı olaraq istifadə olunan saray. İkinci Dünya müharibəsi illərində ağır zədələnən saray daha sonra Şərqi Almaniya kommunist rejimi tərəfindən dağıdıldı. 2006-2013-cü illərdə tarixi cəbhə qalıqları üzərində yenidən inşa olunan saray bu tarixdən etibarən Brandenburq əyalətinin parlament binası kimi fəaliyyət göstərir.

Tarixi Barokko üslubundakı bu saray 1662-1669-cu illərdə Brandenburq kürfürstü I Fridrix Vilhelm tərəfindən inşa olunsa da, 1744-1752-ci illərdə Prussiya kralı II Fridrix tərəfindən genişləndirildi və son halını aldı.

14 aprel 1945-ci ildə İttifaq qoşunları tərəfindən bombalanan saray binasının 17%-i çıxan yanğında zədələndi. Ancaq hakimiyyətə gələn ADR hökumətin əmriylə, sarayın qalan hissəsi də 1960-cı ildə ideoloji səbəblərlə dağıdıldı.

Berlin divarının sökülməsinin ardından hakimiyyətdəki Almaniya Demokrat Sosialist partiyası sarayın yenidən inşası təklifini 2 dəfə geri çevirdi. Nəhayət, əyalətdə aparılan referendumun ardından sarayın yenidən inşasına qərar verildi. 2006-2013-cü illərdə saray restavrasiya edildi.

Hal-hazırda saray Brandenburq əyalətinin parlament binası kimi fəaliyyət göstərir.

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:1662-ci ildə yarananlar Kateqoriya:1740-cı illərin memarlığı Kateqoriya:1751-ci il memarlığı Kateqoriya:1960-cı illərdə sökülmüş binalar və tikililər Kateqoriya:Almaniyada bərpa edilmiş binalar və tikililər Kateqoriya:Hohensollernlər Kateqoriya:İkinci Dünya müharibəsi zamanı Almaniyada dağıdılmış abidələr Kateqoriya:Kral iqamətgahları Kateqoriya:Qanunvericilik binaları Kateqoriya:Potsdam