Eyko Muramatsu (; 広瀬正浩「村松英子」()) — Yaponiya aktrisası və şairi.
Həyatı Eyko Muramatsu (ilk adı: Eyko Minami) 31 mart 1938-ci ildə Tokionunun Yodobasi-ku rayonunun Nisi-Okubo ərazisində anadan olmuşdur. Atası Suneo Muramatsu daim kabinetində ona müxtəlif nağıllar oxumuşdur. Teatrı sevən nənəsi Eykonu kabuki tamaşalarına aparmışdır.
10 yaşı olanda Yaponiya Qadınlar Universitetinin ilk məktəbində oxuyarkən qardaşı Suyosinin təsiri altında poeziya ilə tanış olmuşdur.
Yaponiya Qadınlar Universitetinin orta və yuxarı siniflərini və universitetin ingilis dili fakültəsini bitirmişdir. Keyo Universitetində ingilis dili üzrə magistr dərəcəsi almışdır.著者略歴() Aspiranturada Corc Eliotun yaradıcılığını tədqiq etmişdir.
Eyko hələ Yaponiya Qadınlar Universitetində oxuyanda "Bunqakudza" teatr truppasına qoşulmuş, daha sonra üzvlüyünə qəbul edilmişdir. 1956-cı ildə "Qadın həyatı" tamaşasında ilk rolunu ifa etmişdir.「出逢いから傍に落ち着くまで」「先生のお傍で」()
1963-cü ildə "Bunqakudza" teatr truppasını tərk edərək, "NLT" truppasında fəaliyyətinə davam etmişdir. Eykonun istedadını qiymətləndirən Yukio Mişima ona ustadlıq etmiş, aktrisa isə onun bir sıra pyesləri əsasında hazırlanan tamaşalarda iştirak etmişdir. 1968-ci ildə Mişima ilə "Roma Gekidan" truppasına keçmişdir. 1966-cı ildə fərdi uğurlarına görə "Kinokuniya" teatrında premyera ifa etmişdir. 24 yanvar 1971-ci ildə Mişimanın dəfnində Eyko teatr cameəsi adından nitq söyləsə də, özünü hönkürməkdən saxlaya bilməmişdir.「三島先生の葬儀」「付記として」()「第八章」() Mişimanın ölümündən sonra Eyko katolikliyi qəbul edərək dindar həyat sürməyə başlamışdır. Eyko qardaşının dostu Yukionun tələbəsi olmuş və sonradan onun teatr fəaliyyətini davam etdirmişdir.「第四章 新劇女優 村松英子」()
Ərinin vəfatından sonra anadan olan iki övladını tərbiyə etmək üçün müvəqqəti teatr sahəsindən ayrılmışdır. 1995-ci ildə "Salon teatrı" studiyasına rəhbərlik etməyə başlamışdır. Orada "Müasir No pyesləri", "Rokumeykan", "Çiçək və quldur" əsərləri də daxil olmaqla, Mişimanın bir çox pyeslərini səhnəyə qoymuşdur. Qızı Eri Muramatsu "Salon teatrı"nın bir sıra tamaşalarında aktrisa kimi iştirak etmişdir. Erinin özü isə 2017-ci ildə Eykonun da çıxış etdiyi "Salon teatrı B"ni təsis etmişdir. Tələbəlik illərindən başlayaraq şeirlər yazır, kitablar çap etdirir.
1983-cü ildən uzun illər Tottori Qadın Kollecində, Hokkay Qakuen Universitetində və Keyo Universitetində çalışmışdır. 1993-cü ildə Tottori Qadın Kollecinin ingilis dili üzrə professoru adını almışdır. Həmin ildə açılmış "Qeybunkan" şəhər teatrının ilk rejissoru olmuşdur. O, həmçinin Yaponiya Konfransının nümayəndə komitəsinin üzvü kimi də fəaliyyət göstərmişdir『前衛』2007年7月号、日本共産党中央委員会、53-66頁、「〝靖国〟派団体の関係資料」. Bundan başqa, Yapon Konstitusiyasının Yaradılması üzrə Milli Assosiasiyanın təsisçilərindən biridir.
Şəxsi həyatı Atası psixiatr Suneo Muramatsu, böyük qardaşı ədəbi tənqidçi Suyosi Muramatsudur.
1961-ci ildə qohumu, televiziya işçisi Suneo Minami ilə ailə qurmuşdur. Qızları Eri Muramatsu aktrisa kimi fəaliyyət göstərir.
Teatr səhnəsindəki rolları Qadın həyatı (1956) — Key Nunobikinin qızı Xəsis (1957) — Eliza Xandzö (1965, 1996) — Hanako Markiz de Sad (1965) — Anna Lui Bra (1966) — kraliça Rokumeykan (1967) — Asako Sudzaku ailəsinin çöküşü (1967) — Risuko Cüzamlı kralın terrası (1969) — ikinci kraliça Çiçək və quldur (1970) — Kaede Ariko Malikanədə qətl Zəng, kitab və şam Şıltaqlıq Dənizin o tayında: Emi və Con Aoy no Ue (1996) Sotoma Komaçi (1997) Yorobosi (1997) Kumano (1998)
Filmoqrafiya Ərəb fırtınası (1961) — Ritsuko Kabuslar hekayəsi (1964) — Kenreyinmon Buradan başlanır (1965) Yapon kriminal aləmi (1966) Nakano Ordu Akademiyası: 1 nömrəli Bulud Komandanlığı (1966) — Umeka Özgə sima (1966) — katibə Çiçəkli ziyafət (1967) Yetkinləşmə (1967) Təravətli bahar (1968) Yaş (1968) Qızlıq çağı (1969) Qum qabı (1974) — ana Honjin cinayət işi (1975) İblis gəlir və fleyta çalır (1979) — Hanako Gizli agent: Böyük Edo istintaq şəbəkəsi (1979) — Keysuni
İstinadlar
Xarici keçidlər
Эйко Мурамацу — Kinopoisk səhifəsi
Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiyanın Roma katolikləri Kateqoriya:Yukio Mişima Kateqoriya:Yaponiya şairləri