CanAz TV (tam adı: Can Azərbaycan Televiziyası) — Türkiyədə yaşayan azərbaycanlıların televiziya kanalı.
Türkiyədə yaşayan azərbaycanlılar "Can Azərbaycan Televiziyası" adlı telekanalı 2010-cu ilin yanvarında yaradıblar.
Telekanalın verilişləri əvvəlcə yalnız internet, 2010-cu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanmışdır. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyasıdır.
"CanAz" TV əsasən milli–mədəni dəyərlərə üstünlük verir. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. 2010-cu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkündür.
Mənbə Türkiyədə "Can Azərbaycan Televiziyası" adlı telekanal fəaliyyətə başlayacaq
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Azərbaycan diaspor təşkilatları