Şisr — Omanın Zofar mühafəzəsində, Əş-Şisr kəndinin yaxınlığında arxeoloji abidə. Daxili ticarət məntəqəsi olan bu yaşayış məskəni 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş "Buxur torpağı" obyektinin tərkib hissəsidir. Bura vaxtilə oazis olmuşdur.
Bəzi tədqiqatçılar bu ərazini əfsanəvi itkin şəhər Ubar və ya İrəm hesab etmişdilər, lakin bu fərziyyə alimlər tərəfindən hər zaman qəbul olunmu. Ərazinin bir şəhərdən ziyadə tarixi vilayət kimi mövcud olmuş Ubar torpağında yerləşməsi ehtimalı var. Bulağın quruması və yaşayış məskəninin tərk olunması nəticəsində bu abidənin itkin Ubar şəhəri haqqındakı əfsanəyə ilham verdiyi düşünülür.
İstinadlar
Kateqoriya:Oman şəhərləri