Brolo (siciliya dilində: Brolu) — İtaliyanın Siciliya bölgəsində, Messina metropol şəhəri ərazisində yerləşən şəhər və bələdiyyədir. Palermo şəhərindən təxminən 130 km şərqdə, Messinadan isə 60 km qərbdə yerləşir.
Brolo aşağıdakı bələdiyyələrlə həmsərhəddir: Fikarra, Nazo, Piraino və Sant-Ancelo-di-Brolo.
1960-cı ilədək şəhərin iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Əsas kənd təsərrüfatı məhsulları zeytun və limon idi. Hazırda iqtisadiyyat əsasən tikinti, ticarət və yay turizmi ilə bağlıdır.
Tarix Qədim Roma dövründə Brolo Brolium adlanırdı. Latın dilində bu ad “bağ” və ya “park” mənasını verirdi.Qədim Roma dövründə Brolo Brolium adlanırdı. Latın dilində bu ad “bağ” və ya “park” mənasını verirdi. Şəhərdən Via Valeriya yolu keçirdi. Şəhərdən Via Valeriya yolu keçirdi. Orta əsrlərdə burada dəniz sahilində qala mövcud idi.Orta əsrlərdə burada dəniz sahilində qala mövcud idi. Ehtimal olunur ki, XI əsrdən başlayaraq qalanın ətrafında balıqçı yaşayış məntəqəsi yaranmışdır. Bəzi tarixçilərin fikrincə, imperator Hohenştaufenli II Fridrixin məşuqəsi və həyat yoldaşı Byanka Lansiya XIII əsrdə bu qalada yaşamışdır.
Brolo İkinci Dünya müharibəsi zamanı, Siciliya döyüşü çərçivəsində həyata keçirilən dənizdən desant çıxarılması əməliyyatının baş verdiyi yerlərdən biri olmuşdur.
İstinadlar
Kateqoriya:İtaliya şəhərləri