I "Qızıl Pəri" mükafatı — Azərbaycan Professional Kinorejissorlar Gildiyasının təsis etdiyi "Qızıl Pəri" kino və televiziya peşə mükafatının ilk təqdimetmə mərasimi. 2015-ci il dekabrın 28-də keçirilib. "Ən yaxşı bədii film" mükafatını Elçin Musaoğlunun "Nabat" filmi qazanıb.

Seçim prosesi Mükafat 2015-ci ilin iyulunda Kinorejissorlar Gildiyası tərəfindən Kinoaktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə təsis olunub. Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin sədrlik etdiyi Seçim Komissiyası 2015-ci il oktyabrın 1-dən noyabrın 1-dək müsabiqəyə təqdim olunmuş 187 ərizəyə və audiovizual əsərə baxaraq nominasiyaları və hər nominasiya üzrə beş namizəd müəyyənləşdirib.

Qaliblər Mükafatlar 17 nominasiya üzrə verilib; bundan əlavə, iki xüsusi mükafat və iki xüsusi diplom təqdim olunub. "Ən yaxşı kişi rolu" nominasiyasında iki aktyor mükafata layiq görülüb. Nominasiya Qalib Əsər Studiya / kanal Ən yaxşı bədii film Elçin Musaoğlu "Nabat" Ən yaxşı tammetrajlı debüt filmi Asif Rüstəmov "Axınla aşağı" Ən yaxşı qısametrajlı bədii film Vüqar İslamzadə "Zabit şərəfi" Ən yaxşı qısametrajlı debüt filmi Ruslan Hüseyni "Usta Yusifin kamançası" Ən yaxşı sənədli film Fariz Əhmədov "Əriyən ada" Ən yaxşı cizgi filmi Cavid Əhədov "Köhnə saat" Ən yaxşı televiziya filmi Tahir Əliyev "Unudulmuş partizan" EL TV Ən yaxşı televiziya serialı Rövşən İsax "Pərvanələrin rəqsi" ATV Ən yaxşı rejissor işi Elxan Cəfərov "Dolu" Ən yaxşı rejissor işi (sənədli filmdə) Nizami Abbas "Balaban" Ən yaxşı orijinal ssenari Yavər Rzayev "İlahi məxluq" Ən yaxşı qadın rolu Gülzar Qurbanova "Yarımçıq xatirələr" Ən yaxşı kişi rolu Fuad Poladov "Aktrisa" Ən yaxşı kişi rolu Namiq Ağayev "Axınla aşağı" Ən yaxşı operator işi Nadir Mehdiyev "Dolu" Ən yaxşı rəssam işi Rafiz İsmayılov "Sübhün səfiri" Ən yaxşı orijinal musiqi Cavanşir Quliyev "Sübhün səfiri" Ən yaxşı prodüser Müşfiq Hətəmov "Nabat" Xüsusi mükafat — milli kinonun inkişafına töhfəyə görə Zaur Məhərrəmov — Xüsusi mükafat — milli televiziyanın inkişafına töhfəyə görə Ramiz Həsənoğlu — AzTV Xüsusi diplom — müstəqil kinonun inkişafında ən yaxşı prodüser İradə Bağırzadə "Buqələmun" Xüsusi diplom — ən yaxşı televiziya filmi (tarixin qaranlıq məqamlarının aşkarlanmasında) — "Difai" Kəpəz TV

Həmçinin bax Qızıl Pəri (mükafat) Azərbaycan Professional Kinorejissorlar Gildiyası

İstinadlar

Kateqoriya:Qızıl Pəri (mükafat) Kateqoriya:2015-ci ildəki hadisələr