Astar və ya Əstər — qədim sami mifologiyalarının ən müəmmalı tanrılarından biri .
Qərbi sami mifologiyasında Əstər Astarta ilə yanaşı (ehtimal ki, onun həyat yoldaşı kimi) ehtiram görmüşdür. Yəmən mifologiyasında isə o, ali tanrı hesab olunmuş və qədim Yəmənin bütün dövlətlərində ehtiramla yad edilmişdir.Астар // Мифологический словарь/ Гл. ред. Е. М. Мелетинский. — М.:Советская энциклопедия, 1990. — 672 с. с. 66 и др.
Əstərin qorxunc və güclü müharibə tanrısı, eyni zamanda "hər cür dağıntıdan" qoruyan hamisi, eləcə də bərəkət tanrısı olduğu ehtimal edilmişdir. O, evlərin, türbələrin və digər tikililərin qoruyucusu olmuşdur. Həmçinin Səba dövlətində hakimiyyətin hamisi hesab edilmişdir (Səbada Havbas onun həyat yoldaşı və/və ya təzahürü hesab olunmuşdur). Ən tanınan təzahürü Əstər Şarkan ("Şərqli" və ya "Yüksələn") olmuşdur. Səba dövlətində bir çox vəzifəli şəxs Əstərin kahini olmuş və çoxsaylı məbədləri fəaliyyət göstərmişdir.
Bu tanrının müqəddəs heyvanları öküz və antilop hesab olunmuşdur. Əstərin simvolları nizə, qapı (və ya əl və qapı), eləcə də uzanmış aypara üzərindəki disk olmuşdur.
E.ə. I minilliyin ortalarından etibarən Əstər tədricən ali tanrı mövqeyindən yerli tanrılar tərəfindən sıxışdırılıb çıxarılmağa başlanmışdır.
İstinadlar
Kateqoriya:Bərəkət tanrıları Kateqoriya:Finikiya mifologiyası Kateqoriya:İnanna Kateqoriya:Müharibə tanrıları Kateqoriya:Səma və hava tanrıları Kateqoriya:Uqarit tanrıları