"XI Qırmızı Ordunun şərəfinə abidə" () — XI Qırmızı Ordunun 1920-ci ilin aprelində Bakıya daxil olmasının şərəfinə Azərbaycan SSR-də ucaldılmış abidə. Abidə 18 aprel 1980-ci ildə Sumqayıtdan Bakıya girişdə, indiki 20 Yanvar metrostansiyasının yaxınlığındakı meydanın mərkəzində ucaldılmışdı.

Abidənin müəllifləri heykəltəraş Tokay Məmmədov və memar Abram Surkin idi.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində baş verən faciəli hadisələrdən sonra abidə söküldü.

2010-cu ildə bu ərazidə 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleks açılmışdır.

İstinadlar

Kateqoriya:1980-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı abidələri Kateqoriya:Tokay Məmmədovun əsərləri Kateqoriya:Əlifba sırasına görə heykəllər