Luiz Ferdinand Viktor Eduard Adalbert Mixail Hubertus (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi, Hohensollern şahzadəsi və ailə rəisi.
Həyatı 9 noyabr 1907-ci ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelm, anası isə Böyük Meklenburq-Şverin hersoqu III Fridrix Fransiskin qızı şahzadə Sesilyadır. Doğulduğu əsnada babası hələ taxtda idi və atasıyla qardaşından sonra taxt sırlamasında üçüncü yerdə idi.
1917-ci ildə hələ 10 yaşında ikən leytenant rütbəsi aldı və babası tərəfindən Qara Qartal nişanıyla təltif olundu. Ancaq ertəsi il Birinci Dünya müharibəsinin ardından Almaniyada monarxiya ləğv edildi. Babası II Vilhelm ömürboyu sürgünə getsə də, atası və digər ailə üzvləri qısa müddət sonra Almaniyaya qayıtdılar. Burada ailə mülkü olan Potsdamdakı Sesilyanhof sarayında məskunlaşdılar. Digər qardaşlarıyla birgə burada dövlət gimnaziyasında ilk təhsillərini aldılar. Ardından Luiz Ferdinand təhsilini Berlin Humboldt Universitetində davam etdirdi və 1929-cu ildə maliyyə bölümündən doktorantura təhsilini tamamladı.
Ailənin digər fərdlərindən fərqli olaraq hərbi sahəyə marağı yox idi və vaxtının çoxunu səyahət etməklə keçirdi. Madriddə olduğu müddət ərzində XIII Alfonsonun qızı İnfanta Mariya Kristina ilə eşq yaşasa da, Madrid sarayı buna etiraz etdi. Bir müddət Detroytda yaşadı və burada Henri Ford, Franklin Delano Ruzvelt kimi şəxslərlər tanış oldu. Eyni zamanda məşhur fransız əsilli aktrisa Lili Damita ilə eşq yaşadı.
Ancaq böyük qardaşı Vilhelm Fridrix sevdiyi xanımla evlənə bilmək üçün 1933-cü ildə həm özü, həm də şəcərəsindən gələnlərin adından taxt hüququndan imtina etdiyini elan etdi. Beləcə, Luiz Ferdinand atasından sonra taxt sıralamasında ikinci yerə yüksəldi və babası II Vilhelmin tələbiylə, dərhal Almaniyaya qayıtdı. Alman Hava sənayesində xidmət etməyə başlasa da, Adolf Hitler tərəfindən aktiv hərbi vəzifə tutmasının qarşısı alındı. Bu səbəblə, nasistlərlə münasibətləri daima məsafəli olaraq qaldı.
2 may 1938-ci ildə Sesilyanhof sarayında böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovna ilə evləndi. Üstəlik seçilən gəlin namizədi rus çarı II Aleksandrın nəticəsi və özü kimi Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin şəcərəsinə mənsub idi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.
İkinci Dünya müharibəsi illərində aktiv hərbi vəzifə almadı. Əksinə, Adolf Hitlerə qarşı tərtiblənən 20 iyul 1944 tarixli sui-qəsdin ardından Gestapo tərəfindən sorğu-sual edildi. Müharibə illərində babası II Vilhelm və sevimli qardaşı Vilhelm Fridrix vəfat etmiş, atası vəliəhd-şahzadə Vilhelm isə Hohensollern sülaləsinin ailə başçısı olmuşdu.
Atasının 1951-ci ildə vəfatından sonra ailə başçısı ünvanını aldı və mərhum qardaşının qızlarını (Feliçita və Krista) öz himayəsinə aldı. Ailəsiylə birgə 1954-cü ildə Berlinə köçdü və burada 1961-ci ildə öz şəxsi mülkünü inşa etdirdi. Bu malikanə bir il öncə tamamilə dağıdılan Monbiju sarayına istinadən Monbiju malikanəsi adını aldı.
İctimaiyyət tərəfindən sevilən Luiz Ferdinand 1991-ci ildə Prussiya kralı Böyük Fridrixin məzar yerinin vəsiyyətinə uyğun şəkildə daşınmasına nail oldu. Yenə həmin il, 1945-ci ildə Almaniyadakı Sovet rejimi tərəfindən milliləşdirilən bəzi şəxsi mülklərin geri alınmasına nail oldu.
26 sentyabr 1994-cü ildə Bremendə vəfat etdi. Cənazəsi Baden-Vürtemberqdəki Hohensollern qəsrində dəfn edildi.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriLuiz Ferdinand Fridrix Vilhelm Hubertus Mixail Kiril9 fevral 193929 sentyabr 2015 (76 yaşında)Valtraud Freydaq (22 avqust 1967-12 iyun 1975)Filipp Kiril Fridrix Vilhelm Morits Boris Tanko (1968-)Ehrenqard İnseya Yelizaveta von Reden (23 aprel 1976-2004)Fridrix Vilhelm Lüdviq Ferdinand Kiril (1979-)Viktoriya Luiza Kira Ehrenqard (1982-)İoaxim Albert Bernhard Kristian Ernest (1984-)Sibilya Qabriela Kretşmer (23 mart 2004)-Vilhelm Heinrix Mixail Luiz Ferdinand Fridrix Frans Vladimir22 mart 19403 aprel 2014 (74 yaşında)Yutta Jörn (23 sentyabr 1966-18 mart 1982)Mixaila Mariya (1967-)Nataliya Aleksandra Karolina (1970-)Brijit Dolvits-Veqner (23 iyun 1982)-Mariya Sesilya Kira Viktoriya Luiza28 may 1942 - (84 yaşında)Oldenburqlu Fridrix Avqust (3 dekabr 1965-23 noyabr 1989)Paul Vladimir Nikolay Luiz Ferdinand Pyotr Maks Karl-Emix von Oldenburq (1969-)Riksa Mariya Aliks Kira Altburq von Oldenburq (1970-)Bibiyane Mariya Aleksandra Qertrud von Oldenburq (1974-)Kira Avqusta Viktoriya Frederika27 iyun 194310 yanvar 2004 (60 yaşında)Tomas Liyepsner (10 sentyabr 1973-1984)Kira-Marina Liyepsner (1977-)Luiz Ferdinand Oskar Kristian25 avqust 194411 iyul 1977 (32 yaşında)Kastelli Donata (23 may 1975)Georq Fridrix Ferdinand (1976-)Korneliya Sesilya Viktoriya Luiza (1978-)Kristian Siqismund Luiz Ferdinand Kilyan14 mart 1946 - (80 yaşında)Nina von Reventlov (29 sentyabr 1984)İzabella Aleksandra (1969-)Kristian Lüdviq (1986-)Kseniya Sofiya Şarlotta Sesilya9 dekabr 194918 yanvar 1992 (42 yaşında)Per Eduard Litander (27 yanvar 1973-6 mart 1978)Patrik Eduard Kristian Litander (1973-)Vilhelm Sebastiyan Litander (1974-)
Mənbə
Ədəbiyyat
Petropoulos, Jonathan. (2006) Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Page 242. Published - Oxford University Press. ISBN 0-19-516133-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4 Zeepvat, Charlotte (2003). Queen Victoria's Family: A Century of Photographs. Gloucestershire: Sutton Publishing. ISBN 978-0-7509-3059-8
İstinadlar
Kateqoriya:Prussiya şahzadələri