Mollaməhərrəmli — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Mollaməhərrəmli sərkar obası Xırdapara-Dizaq mahalına bağlı idi. Oba öz adını başçısından götürüb. Molla Məhərrəm sərkar Vəliməhəmməd oğlu (1780–1847) XVIII yüzilin sonu, XIX yüzilin önlərində obalarına başçılıq etmişdi.

Molla Məhərrəm sərkar obası öncə təxminən Qarakollu kəndinin ətrafında yaşam sürürdü. XVIII yüzilin sonunda yiyəsi Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir obanı Arğalı torpağında, Hazırkı yerində sakin etdi.

Məhəmmədhəsən ağa 1806-cı ildə vəfat edəndən sonra oba oğlu Cəfərqulu xana qaldı.

1823-cü ildə Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu.

1842-ci ildə oba 17 tüstüdən ibarət idi. Obanın başçısı Molla Məhərrəm yüzbaşı, məaf Ismayıl Abdulla oğlu sayılırdı.

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Mollaməhərrəmli bələdiyyəsi olub.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.

Toponimikası Düzənlikdədir. Oykonim "Molla Məhərrəmin nəslindən olanlar, mollaməhərrəmgillər" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 935 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Füzuli rayonunun Mollaməhərrəmli bələdiyyəsi Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi Füzuli rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri Kateqoriya:Füzuli rayonunun kəndləri