Sofulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd. Qarabağ silsiləsinin yamaclarında, Cəbrayıl şəhərindən 18 km qərbdə yerləşir.
Toponimikası Kəndin adı türk tayfası olan Sofulu tayfasının adı ilə əlaqələndirilir.
Tarixi Sofulu tayfası yay aylarını Zəngəzurda, qış aylarını isə Qarabağda keçirirdi. Sonradan məskunlaşaraq Sofulu adlanan bir neçə kənd qurmuşlar.
Rusiya İmperiyası dövründə kənd Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Əhmədli kənd sovetliyinə daxil idi.
Birinci Qarabağ müharibəsində kənd Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir.
25 oktyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Sofulu kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir. 26 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sofulu kəndinin azad olunduğunu və Azərbaycanın nəzarətinə qaytarıldığını elan etmişdir.
Əhalisi Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Əhmədli kənd sovetliyinə daxil olan Sofulu kəndində 46 təsərrüfat və 294 sakin var idi. Kənd sovetliyinin bütün əhalisi azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.
Coğrafiyası və iqlimi Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri