Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Toponimikası Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri